Icma.az
close
up
RU
“BAKI SUSMAMALIDIR” “Azərbaycanlıların Rusiyada işgəncə ilə öldürülməsi beynəlxalq cinayətdir”

“BAKI SUSMAMALIDIR” “Azərbaycanlıların Rusiyada işgəncə ilə öldürülməsi beynəlxalq cinayətdir”

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hüquq elmləri namizədi, 2019–2022-ci illərdə Ukraynanın Baş prokurorunun müavini olmuş Gündüz Məmmədov Rusiyanın Sverdlovsk vilayətində saxlanılan azərbaycanlılara qarşı işgəncə və zorakılıqla bağlı kəskin bəyanatla çıxış edib.

Məmmədov bildirib ki, Səfərov qardaşlarının Rusiyada saxlandıqdan sonra vəfat etməsi təsadüfi ölüm yox, işgəncə nəticəsində baş verən beynəlxalq cinayətdir.

“Onları günahkar olduqları üçün yox, azərbaycanlı olduqları üçün döyüblər. Çünki bu mümkündür. Çünki azərbaycanlıdırlar. Çünki qafqazlıdırlar. Bu artıq sistemli problemdir,” - deyə hüquqşünas vurğulayıb.

O qeyd edib ki, Rusiya uzun illərdir təbliğat vasitəsilə etnik azlıqları “cinayətkar obrazı” ilə təqdim edir və bu ritorika hüquq-mühafizə orqanlarında zorakılığa zəmin yaradır.

Gündüz Məmmədovun fikrincə, Azərbaycan bu məsələyə sadəcə etiraz bəyanatı ilə kifayətlənməməli, beynəlxalq hüquqi müstəvidə aktiv addımlar atmalıdır: “Əgər sənin vətəndaşın işgəncə ilə öldürülübsə, susmaq olmaz. Bu artıq Rusiyanın daxili işi deyil, bu beynəlxalq cinayətdir. Azərbaycan bununla bağlı hüquqi mexanizmləri işə salmalıdır”.

Hüquqşünas Azərbaycanın atmalı olduğu konkret hüquqi addımları da sadalayıb: Azərbaycan Cinayət Məcəlləsinin 12-ci maddəsinə əsasən, ölkəxarici yurisdiksiya ilə cinayət işi açmaq;

BMT-nin İşgəncələrə Qarşı Komitəsinə və İrqi Ayrı-seçkiliyin Ləğvinə dair Komitəyə hökumətlərarası şikayət təqdim etmək;

Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə – İşgəncələrə Qarşı Konvensiya və İrqi Ayrı-seçkiliyin Ləğvi Konvensiyasına əsasən müraciət hazırlamaq.

Gündüz Məmmədov bildirib ki, bu hadisə təkcə Səfərov qardaşlarının faciəsi deyil, bu, etnik motivli sistemli işgəncə və zorakılığın göstəricisidir. O əlavə edib: “Vətəndaşın həyatı onun soyadından və harada öldüyündən asılı olmamalıdır. Vətəndaşlıq yalnız pasportda möhür deyil, dövlətin onun arxasında durmasıdır”.

Ukrayna baş prokurorunun keçmiş müavini bu cinayətin beynəlxalq səviyyədə tanıdılması və cəzasız qalmaması üçün Bakıdan prinsipial siyasi və hüquqi mövqe gözlədiyini vurğulayıb.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 İyul 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri