Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Uzaqmənzilli səsdən sürətli Tu-22M3 bombardmançı təyyarəsi planlı təlim-məşq uçuşu zamanı eniş edərkən İrkutsk vilayətində qəzaya uğrayıb. Avtosfer.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, təyyarənin ekipajı katapult edib, yerdə isə hər hansı dağıntı qeydə alınmayıb. Nazirlikdən bildirilib ki, uçuş döyüş sursatı olmadan həyata keçirilib. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələri Baş Komandanlığının komissiyası fəaliyyət göstərir. Mediada yayılan məlumata görə, təyyarə Anqara çayının sahilində yerləşən Svirsk şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza yerində güclü tüstülənmə müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
30 Sentyabr 2026 14:09
Rusiyada bombardmançı təyyarə qəzaya uğradı VİDEO
15 İyun 2026 17:32
Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
28 İyun 2025 09:54
Rusiyada təyyarə qəzaya uğrayıb: Xəsarət alan...
25 Yanvar 2025 12:50
Baxış sayı:82
Bu xəbər 15 İyun 2026 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















