Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
Rusiyanın Primorski diyarında Novonejino aerodromunda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. SİA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri Uzaq Şərq Nəqliyyat Prokurorluğuna istinadən məlumat yayıb.
"Yüngül mühərrikli təyyarə Novonejino dövlət aviasiya aerodromunun yaxınlığında qəzaya uğrayıb. Hava gəmisi 1969-cu il təvəllüdlü vətəndaş tərəfindən idarə olunurdu. O, hadisə nəticəsində həlak olub. Təyyarədə başqa şəxslər olmayıb", - məlumatda bildirilib.
Qeyd edilib ki, insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət və istismar təhlükəsizliyi qaydalarının pozulması faktı üzrə iş açılıb.
Bu mövzuda digər xəbərlər:Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
28 İyun 2025 19:44
Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
06 Fevral 2025 18:01
Rusiyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
06 May 2026 11:58
İranda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
20 Aprel 2025 13:32
Nyu York ştatında yüngül mühərrikli təyyarə qəzaya uğrayıb
13 Aprel 2025 09:05
Baxış sayı:151
Bu xəbər 28 İyun 2025 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















