Rusiyada büdcə kəsiri yarandı: Peskov bunu “cari çətinlik” adlandırdı
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putin büdcə kəsiri məsələsini diqqətdə saxlayır və bu mövzunu hökumət və Mərkəzi Bankla müzakirə edir.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bəli, doğrudan da prezident məsələni nəzarətdə saxlayır və hökumət, eləcə də Mərkəzi Bankla bu mövzunu müzakirə edir”, — deyə Peskov neft-qaz gəlirlərinin azalması və kəsirlə mübarizə tədbirləri barədə sualı cavablandırarkən qeyd edib.
Peskov büdcə kəsirinin mövcudluğunu təsdiqləyib, lakin bunu “cari çətinlik” adlandıraraq, makroiqtisadi sabitliyin bu problemlərin həllinə imkan verdiyini vurğulayıb.
Açıqlama neft qiymətlərinin 2026-cı il üçün planlaşdırılan 59 dollar/barrel səviyyəsindən aşağı düşməsi və xərclərin artması fonunda səsləndirilib. Daha əvvəl Maliyyə Nazirliyi 2025-ci il üzrə büdcə kəsirini 5,6 trilyon rubl (ÜDM-in 2,6%-i) səviyyəsində qiymətləndirmişdi.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















