Icma.az
close
up
RU
Rusiyada demoqrafik BÖHRAN Uzaq Şərqdə boş qalan şəhərləri kimlərlə DOLDURACAQLAR?

Rusiyada demoqrafik BÖHRAN Uzaq Şərqdə boş qalan şəhərləri kimlərlə DOLDURACAQLAR?

Icma.az, Bizim media saytına istinadən bildirir.

Rusiyanın demoqrafik problemləri xüsusilə Uzaq Şərq bölgəsində daha kəskin şəkildə özünü göstərir. Əhalinin azlığı, gənclərin böyük şəhərlərə və ya xaricə köçməsi, doğum səviyyəsinin aşağı olması bu ərazilərdə sosial-iqtisadi inkişafı əngəlləyir. Moskva hökuməti bu gərginliyi azaltmaq üçün diqqəti Uzaq Şərqə yönəldib, bunun üçün də dövlət xəzinəsinin ağzını açmalı olub.
Maraqlıdır ki, əhalini bölgədə saxlamağa hesablanmış təşviqlər, onların rifahını təmin edəcək güzəştlər son vaxtlar ayrı-seçkiliyə məruz qalmış miqrantlara da tətbiq olunacaqmı?
Millət vəkili Azər Allahverənov məsələ ilə bağlı Bizim.Media-ya bildirdi ki, Rusiyanın demoqrafları, problemlə məşğul olan konkret elmi-tədqiqat institutları artıq həyəcan təbili çalırlar:
Rusiya hökumətini mərkəzdən Uzaq Şərqə yönəldən nədir?

“Ölkədən çıxıb gedən şəxslərin sayı sürətlə artır. Bəzi mənbələrdə hətta bir milyondan artıq insanın Rusiyadan emiqrasiya etdiyi bildirilir. Nəzərə alsaq ki, ölkənin tərk edənlərin çoxu gənc ailələrdir, digər tərəfdən Ukraynada həlak olanların sayı da yüz minlərlə ölçülür, bunun Rusiyanın ümumi demoqrafik mənzərəsinə təsir etdiyi başadüşüləndir.
Ona görə də hökumət çalışır ki, təbii artımın yüksəlməsi üçün yeni mexanizm işə salsın. Prosesi stimullaşdırmaq üçün də doğulan uşaqlara müavinətlər verilməsi, torpaq sahələrinin ayrılması, güzəştli ipotekalara cəlb olunması, çoxuşaqlı ailələrə xüsusi dövlət dəstəyinin göstərilməsi nəzərdə tutulur”.
Millət vəkili qeyd etdi ki, Rusiyanın hazırda diqqəti Uzaq Şərqə yönəltməsinin səbəbi orada istər demoqrafik, istərsə də sosial vəziyyətin ürəkaçan olmamasıdır:
“Ural dağlarından o tərəfə insanların maddi vəziyyəti Rusiyanın mərkəzi və qərb bölgələri ilə müqayisədə çox aşağıdır. Boşalan şəhərlər və kəndlər bir növ Şərqi Rusiyanın pasportuna çevrilib. Xüsusilə də Saxalin, Petropavlovsk, Kamçatka kimi sərt iqlimi olan ərazilərdə əhalinin sayı kəskin azalmaqdadır. İşsizlikdən əziyyət çəkən gənclər kütləvi şəkildə oraları tərk edirlər. Daxili miqrasiya tempinin sürətlənməsi də demoqrafik vəziyyətə təsirsiz ötüşmür”.
Miqrantlar demoqrafik vəziyyətin düzəlməsinə qismən təsir edə bilər
Miqrantlara gəlincə isə A.Allahverənov vurğuladı ki, ölkədə miqrantlarla bağlı olan komponent demək olar ki, yox səviyyəsindədir. Çünki dövlət miqrantlarla bağlı sərt siyasət yürüdür. Bu da miqrantları vadar edir ki, onlar Rusiya vətəndaşlığı almaq üçün müraciət etsinlər:
“Uzun müddət Rusiya ərazisində yaşamaq istəyirlərsə, həmin o qaydalardan, məcburi şərtlərdən yayınmaq üçün ən optimal yol vətəndaşlığı qəbul etməkdir. Bu həm də hökumət üçün demoqrafik vəziyyətin qismən düzəlməsinə bir vasitə kimi dəyərləndirilə bilər. Amma bunun da mənfi tərəfləri odur ki, çağırış yaşda olan kişilərin Rusiya-Ukrayna müharibəsinə cəlb oluna bilər. Bu nüansı da nəzərə almaq lazımdır”.  
Şəfiqə Şəfa, Bizim Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri