Icma.az
close
up
RU
Rusiyada deportasiya dalğası gözlənilir EKSPERTDƏN ŞƏRH

Rusiyada deportasiya dalğası gözlənilir EKSPERTDƏN ŞƏRH

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azər Allahverənov: “Sərtləşən qaydalar əməkçi miqrantları çətin vəziyyətə salır”

"Miqrasiya qaydalarının sərtləşməsi əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edəcək, əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq"

Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində, təxminən 6 min xarici vətəndaşın ölkədən çıxarılması barədə qərar qəbul edilib.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında məlumat yayıb. Onun məlumatına görə, mart ayında keçirilmiş reydlərin nəticələrinə əsasən, təxminən min cinayət işi başlanıb, həmçinin axtarışda olan 138 nəfər müəyyən edilib. Bundan əlavə, 7,7 min xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul olunub.

Bildirilir ki, ümumilikdə, 48 minə yaxın inzibati hüquqpozma faktı qeydə alınıb. 26 mindən çox miqrant məsuliyyətə cəlb olunub.

Reydlər ölkə üzrə Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə, Rusiya Qvardiyasının dəstəyi ilə keçirilib. Nəqliyyat infrastrukturu obyektlərinin, eləcə də bazarların, anbarların, sənaye zonalarının və xarici vətəndaşların yaşadığı yerlərin yoxlanılmasına xüsusi önəm verilib. Ümumilikdə, 130 mindən çox obyekt yoxlanılıb.

Yoxlama tədbirlərdə təxminən 60 min polis əməkdaşı iştirak edib. Səmərəliliyin artırılması məqsədilə pilotsuz uçuş aparatlarından və digər müasir texniki vasitələrdən istifadə olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Rusiyadan 72 min xarici vətəndaş ölkədən çıxarılıb.

Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az"a açıqlamasında son bir ildə Rusiyada əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qalması şərtlərinin sərtləşdirildiyini xatırladıb. O, bildirib ki, bir neçə müddətdir, miqrasiya qanunvericiliyinin təkmilləşməsi ilə bağlı bu və ya digər yeniliklər barədə məlumatları gündəmə gətirilir:

“Səbəb miqrasiya sahəsində nizam-intizama nail olmaqdır. Lakin bu da antimiqrant ritorikasını gücləndirir, nəticədə yerli əhali ilə miqrantlar arasında münasibətlər gərginləşir, xüsusilə də miqrantların kompakt yaşadığı bölgələrdə. Həmçinin, miqrasiya qaydalarının sərtləşməsi Rusiyada əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edir. Birmənalı şəkildə deyə bilərik ki, miqrasiya qaydalarının sərtləşməsi əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edəcək, əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq. Çünki Rusiya vətəndaşlığı alanlara bu qaydalar şamil edilmir. Qaydaların sərtləşməsi məhz əməkçi miqrantlara hesablanıb. Yeni qaydalara görə xarici ölkə vətəndaşları qeydiyyat üçün müraciət etməlidirlər. Əgər onların Rusiya ərazisində qalmağa hər hansı əsasları varsa, o zaman şəxsin leqallaşdırılması baş verir, ona ölkə ərazisində qalmağa icazə verilir, əsas olmadıqda isə deport edilirlər. Rusiya ərazisində qeyri-qanuni yaşayanlar çoxdur. Rusiya hökuməti də zaman-zaman miqrasiya qanunvericiliyini təkmilləşdirmək və sərtləşdirməkdə, miqrantlara, ümumiyyətlə, miqrasiya məsələlərinə dövlət nəzarətinin güclənməsində maraqlıdır. Təkcə azərbaycanlı miqrantlara qarşı deyil sərtlik, ümumən qanunsuz miqrasiyaya qarşıdır”.  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Aprel 2026 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri