Icma.az
close
up
RU
Əmlak bazarında bahalaşma gözlənilir Ekspertdən XƏBƏRDARLIQ

Əmlak bazarında bahalaşma gözlənilir Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

"Payız aylarında daşınmaz əmlak bazarında qiymət artımı son illərdə illik olaraq müşahidə olunan sabit tendensiyaya çevrilib. Sentyabrdan başlayaraq ev alışı sürətlənir, qiymətlər təkcə tələb deyil, tikinti materiallarının bahalaşması deyil, spekulyativ amillərlə də yüksəlir".

Bunu Milli.Az-a açıqlamasında əmlak eksperti Mədət Ömərov deyib.

Əmlak bazarında payız aylarında baş verən qiymət artımı təsadüfi deyil - Ekspert bu prosesin arxasında duran 9 əsas səbəbi sadalayır.

O, qiymət artımının birdən çox səbəbdən qaynaqlandığını və bazarda həm təbii, həm də süni təsirlərin rol oynadığını vurğulayıb.

Tələb artımı

"Yay aylarında alıcı fəallığı nisbətən azalır, lakin sentyabr ayından etibarən əmlak bazarında canlanma başlayır. Rəsmi statistikaya əsasən, yalnız sentyabr ayında Bakıda mənzil alışı ilə bağlı müraciətlərin sayı yay ayları ilə müqayisədə 22% artıb", - deyə M.Ömərov qeyd edib.

Təhsil mövsümünün təsiri

Yeni dərs ilinin başlanması ilə tələbələr və ailələr ev axtarışına başlayır. Bu isə xüsusilə şəhər mərkəzində və universitetlərə yaxın ərazilərdə həm kirayə, həm də satış bazarında qiymətlərin qalxmasına səbəb olur.

Tikinti materiallarının bahalaşması

Ekspert bildirir ki, bu ilin ilk 8 ayı ərzində tikinti materiallarının qiymətində 18-20% artım qeydə alınıb:

"Bu, yeni tikililərin maya dəyərinə birbaşa təsir edir və nəticədə satış qiymətləri də artır"

İnflyasiya və alıcılıq qabiliyyətinin azalması

Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2025-ci ilin ilk yarısında ölkədə ümumi inflyasiya 6.8% təşkil edib. Alıcılıq qabiliyyətinin zəifləməsi fonunda daşınmaz əmlak daha da dəyərli investisiya vasitəsinə çevrilir və bu da qiymət artımını stimullaşdırır.

Spekulyativ amillər

"Payızda alıcılıq yüksələcəyini öncədən proqnozlaşdıran tikinti şirkətləri və vasitəçilər bazarda qiymətlərə dövri olaraq düzəlişlər edirlər", - deyə ekspert əlavə edib.

Mənzil fondunun məhdudluğu

Mədət Ömərovun sözlərinə görə, xüsusilə Bakının mərkəzində və əlverişli yerlərdə yeni mənzillərin təklifi azalıb.

"Hazırda bazarda olan yeni mənzillərin sayında 15-17% azalma müşahidə olunur. Bu da təklifin azalması fonunda qiymətləri avtomatik olaraq qaldırır".

Yatırım marağının artması

Əmlak bazarında alıcıların əhəmiyyətli hissəsi evləri şəxsi istifadə üçün deyil, gələcəkdə qazanc əldə etmək məqsədilə alır.

"Statistikaya əsasən, son 6 ayda satılan mənzillərin təxminən 27%-i sırf yatırım məqsədilə alınıb".

İpoteka və kredit kampaniyaları

Bankların təklif etdiyi ipoteka və güzəştli kredit imkanları bazarda alıcılıq aktivliyini artırır. 2025-ci ilin ilk yarısında verilən ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30% artıb.

Yeni tikililərdə modernləşmə

"Yeni tikililərdə tətbiq edilən smart ev texnologiyaları, yüksək keyfiyyətli səs və istilik izolyasiyası, müasir planlaşdırma və əlavə rahatlıq funksiyaları qiymətlərin artmasına səbəb olur", - deyə M.Ömərov vurğulayıb.

Sonda ekspert qeyd edib ki, əmlak bazarında qiymətlərin yaxın aylarda da artmağa davam edəcəyi gözlənilir və alıcılar bu prosesi diqqətlə izləməlidirlər.

Kənan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 İyul 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri