Icma.az
close
up
RU
Rusiyada həbsdə olan Mikayılın müəmmalı ölümü: Onu zəhərləyiblər? ŞOK DETALLAR

Rusiyada həbsdə olan Mikayılın müəmmalı ölümü: Onu zəhərləyiblər? ŞOK DETALLAR

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Volqoqradın peyk şəhəri olan Voljskidə Xüsusi Hərbi Əməliyyatın iştirakçısını vəhşicəsinə döyən Mikayıl Razakov istintaq təcridxanasında dünyasını dəyişib.

Bakupost.az xəbər verir ki, bu barədə V1.ru saytı məlumat yayıba.

Saytın mənbəsi məlumatı təsdiqləsə də, Cəzaların İcrası Xidməti və İstintaq Komitəsi məsələ ilə bağlı hələlik şərh verməyib.

29 yaşlı gəncin istintaq təcridxanasında ölməsi faktı dekabrın 2-də məlum olub. Anonim teleqram kanalının müəllifləri Mikayıl Razakovun zəhərləndiyini iddia ediblər.

V1.RU-nun hüquq-mühafizə orqanlarındakı mənbəsi isə bildirib, zəhərlənmə onun ölümünün mümkün səbəbləri sırasında deyil.

Volqoqrad vilayəti üzrə Federal Penitensiar Xidmətin mətbuat xidmətindən isə bildiriblər ki, bu barədə ancaq sabah məlumat verə bilərlər:

"Rusiyanın Volqoqrad vilayəti üzrə İstintaq Komitəsində bu barədə heç bir məlumat yoxdur".


Vilayət prokuroru, o cümlədən islah müəssisələrinə nəzarət üzrə müavi Aleksandr Çubıkin isə mətbuat xidmətinin razılığı olmadan şərh verə bilməyəcəyini deyib.

Xatırladaq ki, Mikayıl Razakov və Kirill Lariçkin sentyabrın 22-də Voljski şəhərinin Skripki küçəsində Xüsusi Hərbi Əməliyyat iştirakçısını döyüblər. Onlardan biri müharibə iştirakçısının hamilə arvadına çox yaxınlaşmasını bəyənməyib. Yoldan keçən döyüşçü ondan nə istədiklərini anlamağa çalışsa da, cavab əvəzinə üz nayihəsinə qəfil zərbə alıb. Bu zaman onun dostu hücum edənlərə mane olmağa çalışıb. Lakin onlardan biri döyüşçünü vurmağa davam edib. Eyni zamanda qeyd olunur ki, guya hamilə olduğu iddia edilən qadın və rəfiqəsi kənardan baş verənləri izləyiblər və öz ərlərinə mane olmayıblar.

Hadisə barədə məlumat KİV-də və sosial şəbəkələrdə yayılandan sonra İstintaq Komitəsi cinayət işi açıb. Rusiya İstintaq Komitəsinin rəhbəri, general Aleksandr Bastrıkin işi nəzarətə götürüb. Hücum edənlər Ukraynada xüsusi hərbi əməliyyat zonasına getməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda videoda günahlarını etiraf edib tövbə etdiklərini deyiblər.

“Təəssüf edirəm ki, sentyabrın 22-də Skripki küçəsindəki 3 saylı binanın 1 nömrəli girişinin yaxınlığında olarkən dostumla birlikdə qəfil şəxsi ədavət zəminində yoldan keçən iki nəfəri döydüm”, - deyə Mikayıl Razakov bildirib.

O, qeyd edib ki, onların Xüsusi Hərbi Əməliyyat iştirakçısı olduqlarını bilməyiblər:

"Xüsusi Hərbi Əməliyyata müsbət münasibət bəsləyirəm. Lazım gələrsə, döyüş bölgəsinə getməyə hazıram. Etdiklərimdən peşmanam".

Volqoqrad vilayətinin prokurorluğunun məlumatına görə, hücum edənləri 7 ilə qədər həbs cəzası gözləyir. Dekabrın 13-dək onların məhkəməsi olmalı idi.

Zaur, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Dekabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri