Icma.az
close
up
RU
Rusiyada miqrant uşaqlarının 87% dən çoxu məktəb üçün qeydiyyatdan keçə bilməyib

Rusiyada miqrant uşaqlarının 87% dən çoxu məktəb üçün qeydiyyatdan keçə bilməyib

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya məktəblərində təhsil almaq üçün müraciət edən miqrant uşaqlarının 87%-dən çoxu qeydiyyatdan keçə bilməyib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "Rosobrnadzor" məlumat yayıb.

Bildirilib ki, aprel-avqust aylarında xarici vətəndaşlığı olan 23 616 uşaq üçün sənəd təqdim edilib. Eyni zamanda, imtahana göndərilən cəmi 8223 uşaq üçün sənədlərin tam toplusu təqdim olunub.

5 940 uşaqdan 2964-ü sınaqdan uğurla keçib.

Qeyd edək ki, Rusiyada miqrant uşaqlarının orta məktəblərə qəbulu prosesi çətinləşdirilib. Əcnəbilərin uşaqlarının rus dili bilik səviyyəsi yoxlanılaraq məktəblərə qəbul edilir. Rusiyada bunu məktəblərdə yer çatışmazlığı ilə əlaqələndirirlər.

Bildirilir ki, ümumiyyətlə, əmək miqrantlarına ailələrini Rusiyaya gətirmək qadağan oluna bilər. Bu barədə qanun layihəsi artıq Dövlət Dumasına daxil olub. Layihəni “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının rəhbəri Sergey Mironov və deputatlar Oleq Nilov, Yana Lantratova, Andrey Kuznetsov və Mixail Delyagin hazırlayıb.

Onlar Belarus vətəndaşları və yüksək ixtisaslı xarici mütəxəssislər üçün istisna edilməsini təklif edirlər.

Təşəbbüsün müəllifləri hesab edirlər ki, miqrant ailələr sosial infrastruktura (məktəblər, xəstəxanalar) həddindən artıq yük yaradırlar, bu yük patentlərdən (əmək fəaliyyəti ilə məşğul olmaq üçün rəsmi icazə-red) əldə edilən gəlirlə kompensasiya olunmur.

Deputatlar hesab edirlər ki, qanun layihəsi təsdiqlənərsə, Rusiya Federasiyasına miqrant axını 15-20% azala bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://apa.az
archiveBu xəbər 10 Sentyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see176

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see165

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see153

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see142

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see142

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see141

Erlinq Holann zədələnib

08 Sentyabr 2025 19:42see137

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see135

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see133

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see133

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see132

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see130

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see130

Dövlət Xidməti: Tovuzun Avdal kəndindəki məbədin tarixi abidələrin reyestrinə salınması üçün iş gedir FOTO VİDEO

08 Sentyabr 2025 16:58see129

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see129

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see128

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see128

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see128

Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin Onkoloq xəbərdarlıq etdi

08 Sentyabr 2025 23:00see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri