Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Miqrant uşaqlarının məktəbə qəbulu üçün yeni hədd
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Miqrantların uşaqları Rusiya məktəblərinə qəbul olmaq istəyirlərsə, rus dili imtahanında sualların 90%-nə düzgün cavab verməli olacaqlar".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodin özünün "Telegram" kanalında xəbər verib.
Onun sözlərinə görə, ilkin olaraq imtahanın uğurla verilməsi üçün "Rosobrnadzor" 30% düzgün cavab həddi təklif etsə də, Dövlət Duması bununla razılaşmayıb.
"İndi rus dilini kifayət qədər bilmədiyi təqdirdə miqrant uşaqlarının məktəblərə qəbul edilməsi qadağan olunur. "Rosobrnadzor"un ilkin təklifi ilə biz razılaşmadıq. O, yenidən işlənib. Bugünkü qərar məktəbə qəbul üçün düzgün cavabların 90% olmasını nəzərdə tutur", - deyə Volodin bildirib.
O, həmçinin qeyd edib ki, miqrant uşaqları Rusiya ərazisində qanuni olub-olmadıqları yoxlanılmadığı təqdirdə də məktəbə qəbul ola bilməyəcəklər.
Xatırladaq ki, Rusiyada aprelin 1-dən rus dilini bilməyən miqrant uşaqlarının məktəblərə qəbulunu məhdudlaşdıran qanun qüvvəyə minib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 02 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















