Icma.az
close
up
RU
Rusiyada miqrantlar niyə hədəfə alınır?

Rusiyada miqrantlar niyə hədəfə alınır?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sankt-Peterburqda bir yaşayış idarəsində işləyən hindli təmizlik işçilərinin aylıq 100 min rubl (təxminən 1260 dollar) maaş alması ictimaiyyətdə müzakirələrə səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, "Fontanka" portalının məlumatına görə, Primorskiy rayonunda çalışan 17 nəfərlik hindli heyətə yaşayış, yemək, nəqliyyat və rus dili təhsili də təmin olunur.
Bu məbləğin yerli təmizlik işçilərinin qazancından xeyli yüksək olması “Niyə rus işçilərə bu maaş verilmir?” sualını gündəmə gətirib.

"Fontanka" müxbirləri hindli təmizlik işçiləri ilə görüşə bilib.

Onların bildirdiyinə görə, üç hindli işçidən yalnız biri rus dilində sərbəst danışa bilir, görüşün bir hissəsi isə ingiliscə aparılıb.

Digər bir işçi isə deyilənləri başa düşdüyünü, lakin hələlik rusca danışa bilmədiyini bildirib.Komandada olan işçilər arasında sahibkarlar, toy təşkilatçıları, fermerlər, sürücülər, memarlar, bir heykəltəraş və bir dərzi də var. Təhlükəsizlik işçilərindən biri öz ölkəsində proqramçı kimi çalışdığını deyib.

26 yaşlı Mukeş Mandal keçmişini belə təsvir edib:

“Əsasən “Microsoft” kimi şirkətlərlə işləmişəm, süni intellekt, söhbət botları, GPT və bu kimi yeni alətlərlə işləmişəm. Əslində mən proqramistəm”.

Rəsmilər bu işə qəbulun Mərkəzi Asiyadan gələn miqrantlardan fərqli olaraq tamamilə təşkilatlanmış işçi qüvvəsi cəlbi çərçivəsində həyata keçirildiyini bildirirlər.

Bir illik müqavilə ilə çalışan hindli işçilərin fəaliyyətindən razı qalındığı, layihənin pilot proqram kimi başladıldığı və gələcəkdə genişləndirilməsinin planlaşdırıldığı qeyd olunur. Şirkət nümayəndələrinə görə, işçi çatışmazlığı və yerli işçi tapmaqda çətinliklər bu modeli zəruri edir.

Digər tərəfdən, Rusiyada ciddi işçi çatışmazlığı yaşandığına diqqət çəkilir. Hökumət rəsmiləri sənaye və xidmət sahələrində yüz minlərlə işçiyə ehtiyac olduğunu bildirirlər. Hindistanla bağlanan əmək miqrasiyası sazişi bu ehtiyacın qarşılanmasında mühüm vasitə kimi qiymətləndirilir.

Rəsmi məlumatlara görə, 2025-ci ilin sonuna qədər on minlərlə hindli işçinin Rusiyaya gəlməsi gözlənilir. Lakin milyonlarla işçidən bəhs edən xəbərlər dövlət qurumları tərəfindən təkzib olunub.

Mütəxəssislər hesab edirlər ki, böyük şəhərlərdə təklif olunan yüksək maaşlar xarici işçilər üçün cəlbedicidir, lakin bölgələrdə vəziyyət tamamilə fərqlidir.Bir çox bölgədə təmizlik işçilərinə 25–35 min rubl maaş təklif olunur. Bu qeyri-bərabərlik həm yerli işçilərin narazılığına, həm də ictimai narahatlığa səbəb ola bilər.

Analitiklərə görə, problemin davamlı həlli xarici işçi qüvvəsinə deyil, yerli işçilər üçün layiqli əməkhaqqı və iş şəraitinin təmin edilməsindən keçir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri