Icma.az
close
up
RU
Rusiyada miqrantlar izləniləcək

Rusiyada miqrantlar izləniləcək

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Mobil Proqramla Qeydiyyat

2025-ci il sentyabrın 1-dən Moskva şəhəri və Moskva vilayətinin hakimiyyət orqanları paytaxt regionuna daxil olan miqrantların yerləşdiyi əraziyə nəzarət etməyə başlayacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, sentyabrın 1-dən etibarən əcnəbilər “xüsusi mobil proqram”da qeydiyyatdan keçməli və öz yerləri barədə məlumatları müstəqil şəkildə Daxili İşlər Nazirliyinə ötürməli olacaqlar.

Geolokasiya Nəzarətinə Yeni Tələblər

Miqrantlar geolokasiya nəzarətindən yan keçməyə cəhd etsələr, onlar nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək və buna görə də Rusiyadan qovulacaqlar.

Biometrik Məlumatların Toplanması Şərtdir

Qeyd edək ki, mayın 20-də Dövlət Duması Moskvada və Moskva vilayətində yaşayan “xarici vətəndaşların qeydiyyatı üçün əlavə mexanizmlərin tətbiqi” üçün eksperimentə başlamaq haqqında qanun layihəsini qəbul edib. Sentyabrın 1-dən etibarən miqrantlardan barmaq izi, biometrik fotoqrafiya, faktiki yaşayış yeri barədə məlumat verməli və “xüsusi mobil proqram”da qeydiyyatdan keçmələri tələb olunacaq. Sonuncunun köməyi ilə səlahiyyətlilər "abonent cihazlarının geolokasiyasına", yəni xarici vətəndaşların özlərinin yerləşməsinə nəzarət edə biləcəklər.

Qanun layihəsi parlamentin aşağı palatasına martın 10-da hökumət tərəfindən təqdim edilib.O, ilkin olaraq miqrantlara iki regionda - Moskva və Moskva vilayətində və ya Sankt-Peterburq və Leninqrad vilayətində bir patentlə işləməyə icazə verən dəyişiklikləri təklif edib. Bu formada qanun layihəsi mayın 13-də birinci oxunuşda qəbul edilib. İkinci və üçüncü oxunuşda eksperimentin tətbiqi ilə bağlı təşəbbüsə düzəlişlər edilib.

Qanundan İstisna Olunan Şəxslər Kimlərdir?

Yekun sənədə əsasən, eksperiment paytaxt regionuna daxil olan və Rusiya Federasiyasına viza almağa ehtiyacı olmayan bütün əcnəbilərə şamil ediləcək. İstisnalar siyahısına yetkinlik yaşına çatmayanlar, diplomatlar və onların ailə üzvləri, habelə Belarus Respublikasının vətəndaşları daxildir. Qalan əcnəbilər “miqrasiya, barmaq izinin qeydiyyatı və fotoqrafiya sahəsində dövlət xidmətlərinin alınması məsələləri ilə bağlı” səlahiyyətli orqanlara, yəni Saxarovadakı multidissiplinar miqrasiya mərkəzinə müraciət etməli olacaqlar. Orada miqrantlar mobil proqram quraşdırmalı və şəxsi məlumatların emalına razılıq verməli olacaqlar.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see434

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see397

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see389

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see364

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see350

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see345

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see267

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see266

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see264

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see230

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see220

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see218

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see217

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see216

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see212

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see202

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see201

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see197

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see196

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri