Icma.az
close
up
RU
Rusiyada miqrantlarla bağlı yeni LAYİHƏ Mənzil kirayəsi qaydaları SƏRTLƏŞDİRİLİR

Rusiyada miqrantlarla bağlı yeni LAYİHƏ Mənzil kirayəsi qaydaları SƏRTLƏŞDİRİLİR

Rusiyada Liberal Demokratlar Partiyası (LDPR) hökumətə miqrantlarla bağlı yeni qanun layihələri göndərib.
Bizim.Media “kommersant.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, LDPR lideri Leonid Slutski məlumat verib.
Sözügedən qanun layihələri miqrantları yalnız müqavilə əsasında mənzillə təmin etməyə məcbur edir və maksimum kirayə müddətini bir illə məhdudlaşdırır.
Slutskinin sözlərinə görə, davranış qaydalarına əməl etməyən əcnəbi kirayəçilərlə yaşamaq ruslar üçün problemdir: 
“İnsanlar həm uşaqları, həm də özləri üçün narahatdırlar. Belə mənzillərin sahiblərini tapmaq çox çətindir. Sözügedən layihələrdə qanunun pozulmasına görə həm miqrantlar, həm də mənzil sahibləri üçün cəzalar nəzərdə tutulub”, - deyə LDPR lideri əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi əcnəbilər tərəfindən yaşayış icazəsi almaq üçün bağlanmış nikahların ləğv ediləcəyini açıqlamışdı.
Bizim.Media 

seeBaxış sayı:87
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri