Icma.az
close
up
RU
Rusiyada müharibəyə məcburi aparılan azərbaycanlılar hara müraciət etsin? Video

Rusiyada müharibəyə məcburi aparılan azərbaycanlılar hara müraciət etsin? Video

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi Rusiya-Ukrayna müharibəsinə müxtəlif yollarla cəlb olunur. Kimsə maaş və vəd edilən güzəştlər üçün, kimisi isə sadəcə zor tətbiq edilməklə, hədələnməklə və deportasiya riski ilə üz-üzə qaldığı üçün razılaşır. Onlardan bəziləri artıq geri dönməyib, ölüm xəbərləri yayılıb, yaxınlarına cənazələri verilib.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, Rusiya tərəfindən Ukraynada döyüşən və öldürülənlərdən biri də Zərdab sakinidir.

Rayonun Məlikli kənd sakini Fəxri Hacıyev 52 yaşında döyüş meydanına aparılıb. O, hərbi əməliyyat zamanı döyüşdə ölüb. Mərhumun qardaşı Ziyəddin Hacıyev isə bildirir ki, qardaşı ani vəziyyətdə hərbiyə cəlb edilib. Nə baş verdiyini heç özləri də tam anlaya bilməyiblər. O, qardaşının zorla döyüşlərə cəlb edildiyini ehtimal edir.

Bəzi hallarda həmyerlilərimiz, bilmədən və ya çarəsizlikdən Rusiya hərbi sisteminə qoşularaq sonradan ciddi çətinliklərlə üzləşirlər. Onlar hazırlıq düşərgələrindən, təlim paliqonlarından, hətta döyüş bölgələrindən ailələri ilə əlaqə saxlayaraq yardım istəməyə çalışırlar. Elə Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyevin yayımladığı video da bu vəziyyətin bariz nümunəsidir. O, Rusiya ordusuna qoşulduqdan sonra çətin duruma düşdüyünü bildirərək ictimaiyyətdən və aidiyyəti qurumlardan kömək istəyib.

Rusiyada çətin vəziyyətdə yaşayan və müharibəyə göndərilən azərbaycanlılar çox vaxt bu cür kömək çağırışları edirlər. Aidiyyəti qurumlar da bildirir ki, belə hallarla üzləşən şəxslər dərhal ölkəmizin diplomatik nümayəndəliyinə, aidiyəti qurumlara məlumat verməlidir. Həmçinin bu prosesləri ictimailəşdirməlidirlər.

Qeyd edək ki, məhz aidiyəti qurumlara vaxtında məlumat verilməsi nəticəsində təzyiqlə hərbi təlimlərə cəlb olunan azərbaycanlılar arasında geri qayıdanlar da var. Belə ki, Çeçenistanda saxlanılan və Ukraynaya göndəriləcək 3 Azərbaycan vətəndaşı, Azərbaycan XİN-in vaxtında müdaxiləsi ilə ölkəyə gətirilib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkənin ərazisində - xüsusilə vətəndaşı olmadığın bir dövlətin ordusunda - muzdlu kimi döyüşmək qadağandır. Cinayət Məcəlləsinə görə, belə şəxslər ağır həbs cəzası ilə cəzalandırıla bilər.

Daha ətraflı videoda:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 İyul 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri