Icma.az
close
up
RU
Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər?

Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların bir qismi Rusiya-Ukrayna müharibəsinə müxtəlif yollarla cəlb olunur. Kimisi maaş və vəd edilən güzəştlər üçün, kimisi isə sadəcə zor tətbiq edilməklə, hədələnməklə və deportasiya riski ilə üz-üzə qaldığı üçün razılaşır.

Onlardan bəziləri artıq geri dönməyib, ölüm xəbərləri yayılıb, yaxınlarına cənazələri verilib.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Rusiya tərəfindən Ukraynada döyüşən və öldürülənlərdən biri də Zərdab sakinidir. Rayonun Məlikli kənd sakini Fəxri Hacıyev düz 52 yaşında döyüş meydanına aparılıb. O, hərbi əməliyyat zamanı döyüşdə öldürülüb.

Mərhumun qarşdaşı Ziyəddin Hacıyev isə bildirib ki, qardaşı ani vəziyyətdə döyüşlərə cəlb edilib. Nə baş verdiyini heç özləri də tam anlaya bilməyiblər. O, qardaşının zorla döyüşlərə cəlb edildiyini ehtimal edir.

Rusiyanın hərbi sistemində qeyri-rus millətlər, o cümlədən azərbaycanlılar daha çox "alət" kimi istifadə olunur. Onlara hərbi təlim keçilir, bəzi hallarda məxfi əməliyyatlara cəlb olunurlar. Çətin vəziyyətlə üzləşən vətəndaşlarımız isə bu şərtlərlə razılaşmağa məcbur edilirlər.

Bəzi hallarda həmyerlilərimiz bilmədən və ya çarəsizlikdən Rusiya hərbi sisteminə qoşularaq sonradan ciddi çətinliklərlə üzləşirlər. Onlar hazırlıq düşərgələrindən, təlim poliqonlarından, hətta döyüş bölgələrindən ailələri ilə əlaqə saxlayaraq yardım istəməyə çalışırlar. Elə Goranboy rayonunun Borsunlu kənd sakini Şəhruz Əliquliyevin yayımladığı video da bu vəziyyətin bariz nümunəsidir. O, Rusiya ordusuna qoşulduqdan sonra çətin duruma düşdüyünü bildirərək ictimaiyyətdən və aidiyyəti qurumlardan kömək istəyib.

Rusiyada çətin vəziyyətdə yaşayan və müharibəyə göndərilən azərbaycanlılar çox vaxt bu cür kömək çağırışları edirlər. Aidiyyəti qurumlar da bildirirlər ki, belə hallarla üzləşən şəxslər dərhal ölkəmizin diplomatik nümayəndəliyinə, aidiyyəti qurumlara məlumat verməlidir. Həmçinin bu prosesləri ictimailəşdirməlidirlər.

Qeyd edək ki, məhz aidiyyəti qurumlara vaxtında məlumat verilməsi nəticəsində təzyiqlə hərbi təlimlərə cəlb olunan azərbaycanlılar arasında geri qayıdanlar da var. Belə ki, Çeçenistanda saxlanılan və Ukraynaya göndəriləcək 3 Azərbaycan vətəndaşı, Azərbaycan XİN-in vaxtında müdaxiləsi ilə ölkəyə gətirilib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə əsasən, xarici ölkənin ərazisində - xüsusilə vətəndaşı olmadığın bir dövlətin ordusunda - muzdlu kimi döyüşmək qadağandır. Cinayət Məcəlləsinə uyğun olaraq, belə şəxslər uzunmüddətli həbs cəzası ilə cəzalandırıla bilər.

Bənzər hallar əvvəllər də yaşanıb. Xarici ölkələrdəki qanunsuz silahlı dəstələrin tərkibində döyüşənlər Azərbaycanda məhkəmə qarşısına çıxarılaraq həbs cəzaları alıblar. Belə halın Rusiya tərəfindən döyüşlərə könüllü qatılan Azərbaycan vətəndaşlarına qarşı da təkrarlanacağı istisna edilmir.

Ətraflı süjetdə:

Rusiyada döyüşlərə məcburi cəlb edilən azərbaycanlılar nə etməlidirlər?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri