Icma.az
close
up
RU
Rusiyada olan azərbaycanlı miqrantların sayı məlum olub ARAŞDIRMA

Rusiyada olan azərbaycanlı miqrantların sayı məlum olub ARAŞDIRMA

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb. Bildirilib ki, bu ilin aprelin 30-na kimi 700 minə yaxın miqrant Rusiya Federasiyasını tərk etməli olacaq. Onların arasında minlərlə Azərbaycan vətəndaşı da var. Rəsmi Moskva ölkədə miqrantlarla bağlı son statistikanı, Rusiyaya ən çox hansı ölkdən miqrant gəldiyini də açıqlayıb.

APA-nın Moskva müxbiri Fərid Əkbərov Rusiyada hazırda nə qədər azərbaycanı miqrantın olduğunu araşdırıb, onlardan neçə nəfərinin miqrasiya uçotuna alındığını öyrənib, deportasiya təhlükəsi ilə üzləşən azərbaycanlı miqrantla həmsöhbət olub.

Rusiyaya miqrant axını davam edir? Rəsmi məlumatlarla ekspert rəyləri ziddiyyət təşkil edir…

Rusiyada bu ildən etibarən miqrasiya ilə bağlı qanunvericiliyin sərtləşdirilməsinə baxmayaraq rəsmi Moskva, ölkəyə miqrant axınının davam etdiyinini açıqlayıb. Qeyd olunub ki, Rusiyaya gələn əcnəbilərin sayı demək olar ki, tarixi maksimumu keçib. Ötən ilin yekunlarına görə, Rusiyada miqrasiya artımı 568,5 min nəfər təşkil edib. Dövlət Statistikası üzrə Federal Agentlik- Rosstatın məlumatına görə, ötən il ölkəyə gələn miqrantların sayı 4 milyon, ölkədən gedənlərin sayı isə 3,5 milyon nəfər olub. Bu göstərici 2023-cü illə müqayisədə təxminən 3 dəfə artıb. Buna qədər Rusiyada ən çox miqrasiya artımı 1995-ci ildə müşahidə olunub. Həmin il bu göstərici 599 min nəfər təşkil edib.

Lakin ekspertlər bunun əksini iddia edirlər, bildirilər ki, Rusiyada əmək miqrantlarının sayında hazırda azalma müşahidə olunur.

Rusiyanın Əmək Miqrantları Həmkarlar İttifaqının sədri Renat Kərimov bildirib ki, Rusiyaya gələn miqrantların sayı azalıb: “Rusiyadan çıxarılan miqrant, bir daha geri qayıtmır. Ümumiyyətlə, ölkəyə indi daha az miqrant gəlir. Çünki Rusiyada bütün 2024-cü il əmək miqrasiyasının sərtləşdirilməsi şüarı altında keçib. Ona görə də, bura gələn hər bir əmək miqrantı risk edib gəlir. Bu səbəbdən Rusiyaya gələn miqrantların sayı azalıb”.

Kərimovun sözlərinə görə, miqrantların sayının azalmasına ölkədəki əmək bazarı da öz növbəsinə müvafiq reaksiya verir. Rusiayda işçi qüvvəsi çatışmazlığı yaranıb.

Rusiyada azərbaycanlı miqrantların sayı 331 min 727 nəfərdir-Rəsmi statistika

Ən son məlumatlara görə Rusiyada hazırda 331 min 727 nəfər azərbaycanlı miqrant (Azərbaycan vətəndaşı-red) yaşayır. Bu, 2024-cü ilin sonu, 2025-ci ilin əvvəlinə aid olan ən son rəsmi statistik məlumatdır. Azərbaycanın Rusiyadakı səfirliyindən APA-ya verilən məlumata görə, hazırda Rusiyada olan azərbaycanlı miqrantlarından 122 min 568 nəfər miqrasiya qeydiyyatına alınıb. Bu məlumatı Səfirliyimizə Rusiya Daxili İşlər Nazirliyi təqdim edib.

Bu ilin fevralında 5-dən qüvvəyə minən qanuna görə, Rusiyada qanunsuz miqrantların reyestri yaradılıb. Martin 5-dən etibarən isə Rusiya ərazisində qanunsuz yaşayan miqrantlar barəsində ölkədən çıxarılma rejimi işə düşüb. Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin açıqladığı məlumata görə, reyestrə artıq 700 minə yaxın miqrant düşüb ki, bu ilin aprelin 30-a kimi onlar Rusiya ərazisini tərk etməli olacaq.

Deportasiya təhlükəsi ilə üzləşmiş azərbaycanlı miqrant

Deportasiya təhlükəsi ilə üzləşmiş miqrantlar arasında minlərlə həmyerlilərimiz də var. Azərbaycan vətəndaşı olan Amin Cabbarov 3 ilə yaxındır ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında yaşayır. Həmyerlimiz uzun müddətdir ki, Rusiyada qanunsuz olaraq əmək fəaliyyəti ilə məşğul olduğunu və yaşadığını bildirir.

“Mən, hardasa 2022-ci ilin sonlarından, 2023-cü əvvələrindən Rusiya Federasiyasındayam. Mənə bir çox vaxtlar sual verirlər ki, burada niyə görə qeyri-qanuni yaşayırsız? Demək istəyirəm ki, ona görə qeydiyyata düşmürük ki, çünki bizə sərf eləmir. Məsələn mən aya 110 min rub, 2 min Azərbaycan manatına yaxın vəsait qazanıramsa, bunun hardasa hər ay 10 min rublunu patent üçün Rusiyaya ödəməliyəm. Bu da hardasa ayda mənə gəlir, 100 min rubla oturur. Bu da mənə sərf eləmir. Niyə? Çünki, burada qida, kirayə ev Azərbaycandan çox baha

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 Mart 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri