Rusiyada pələng içərisində adamlar olan avtomobilə hücum etdi
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Primoryedə (Rusiya) Qırmızı kitaba salınmış Amur pələngi avtomobilə hücum edib.
Oxu.Az-ın məlumatına görə, hadisənin görüntülərini "Amur Mash" "Telegram" kanalı paylaşıb.
Qeyd olunur ki, buna səbəb sürücünün ona ovunu yeməyə mane olması olub.
Yırtıcı Vrangeldə - Naxodkanın ucqar rayonunda inək ovlayıb. O, yolun kənarında qidalanan zaman maşında olan iki nəfər onu görüb. Onlar video çəkib, fənərlə işıq salıb və heyvana şikarını sakitcə yeməyə imkan verməyiblər. Nəticədə pələngin səbri daşıb və o, pusquda duraraq, avtomobilə doğru şığıyıb, lakin sonra geri çəkilib.
Hadisə nəticəsində heç kim xəsarət almayıb.

Rusiyada pələng deputatı parçaladı
12 Mart 2025 14:37
Rusiyada pələng Primorsk diyarının sakinlərinə hücum edib
16 Oktyabr 2025 10:30
Rusiyada Pələng hücum etdiyi adamı sürüyərək meşəyə apardı
21 Noyabr 2024 10:44
Rusiyada pələng qadın baxıcıya belə hücum edib FOTOLAR
25 Dekabr 2024 12:45
Rusiyada qorxunc hadisə: Pələng insanı parçaladı
14 Yanvar 2025 13:24

