Rusiyada içərisində uşaqlar olan ev yandırıldı
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Voloqodsk vilayətinin Belozersk şəhərində 2 mərtəbəi, 9 otaqlı evdə yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən gecə yaşanan hadisə ilə bağlı vilayətin Fövqəladə Halla İdarəsi məlumat yayıb.
Çağırışa gələn yanğınsöndürənlər alovu söndürsələr də, ev demək olar ki, tamamilə yanıb. Hadisə zamanı evdə ikisi körpə olmaqla 7 nəfər var imiş.
Sakinlər sərbəst şəkildə evi tərk etdiklərindən insan itkisi olmayıb. Sonradan məlum olub ki, yanğın bilərəkdən törədilib.
Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, naməlum şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Rusiyada məscid yandırıldı
21 Avqust 2025 22:13
Rusiyada PUA anbarı yandırıldı
23 Dekabr 2024 11:12
Rusiyada 4 polis avtomobili yandırıldı
13 Aprel 2025 00:37
Rusiyada pələng içərisində adamlar olan avtomobilə hücum etdi
16 Oktyabr 2025 11:07
Rusiyada azərbaycanlı uşaqlar da sıxışdırılır
13 Avqust 2025 16:27
Baxış sayı:111
Bu xəbər 21 İyul 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















