Rusiyada psixiatrik klinikada yanğın ağır xəsarət alanlar var
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Tambovda psixiatrik xəstələrin müalicə aldığı xəstəxanada yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında başlayan yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürən və xilasedici cəlb olunub.
Xəstəxanadan ümumilikdə 50-dən çox insan təxliyə edilib. Onlardan 5-i müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Tambovun digər klinikalarına yerləşdirilib. Səhər saatlarına olan məlumata görə, xəsarət alanlardan ikisinin vəziyyəti kritikdir.
Qeyd edək ki, yanğının hansı səbəbdən başladığı bəlli deyil. Xəstəxananın yerləşdiyi Oktyabrsk rayonunun prokurorluğunda faktla bağlı araşdırma aparılır.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Rusiyada kanat qırıldı, xəsarət alanlar var
08 Avqust 2025 22:18
Rusiyada sərnişin və yük qatarları toqquşub, xəsarət alanlar var
18 Dekabr 2024 18:20
Rusiyada müdafiə sənayesi zavodunda partlayış olub, xəsarət alanlar var
18 Oktyabr 2025 00:40
Rusiyada yanğın
18 Mart 2025 10:07
Rusiyada “An 2” təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var
06 İyul 2025 12:12
Baxış sayı:47
Bu xəbər 12 Sentyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















