Rusiyada uşaq düşərgəsinə hücum: Xəsarət alanlar var
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Tuva Respublikasında 2001-ci il təvəllüdlü şəxs Çağıtay gölü sahilində yerləşən "Orlyonok" uşaq düşərgəsinə daxil olaraq uşaqlara hücum edib.
AZXEBER.COM xəbər verir ki, bu barədə regionun Daxili İşlər Nazirliyinin Baş İdarəsi məlumat yayıb.
TASS agentliyinin yazdığına görə, hadisə nəticəsində 13 uşaq xəsarət alıb. Korpusda ümumilikdə 30 nəfər olub.
Polisin məlumatına əsasən, həmin şəxs sərxoş vəziyyətdə olub. O, düşərgənin əməkdaşları tərəfindən saxlanılaraq hadisə yerinə gələn polis əməkdaşlarına təhvil verilib. Həkimlər xəsarət alan uşaqları müayinə edib və onlara lazımi yardım göstəriblər.
Müstəntiqlər xuliqanlıq maddəsi ilə cinayət işi açıblar. İstintaq Komitəsinin əməkdaşları düşərgədə təhlükəsizliyə cavabdeh olan vəzifəli şəxslərin hərəkətlərinə və ya fəaliyyətsizliyinə hüquqi qiymət verəcəklər.
Hücumun təfərrüatı araşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 21 İyun 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















