Icma.az
close
up
RU
Rusiyada qida sənayesi son 15 ilin ən ağır böhran dövrünü yaşayır Təhlil

Rusiyada qida sənayesi son 15 ilin ən ağır böhran dövrünü yaşayır Təhlil

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


Rusiyada qida sənayesi son on beş ilin ən ağır böhran dövrünü yaşayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Forbes” nəşri araşdırma aparıb.
Bildirilir ki, bu il həm istehsal, həm də yeni investisiya layihələrinin həcmi kəskin şəkildə azalıb və sektor 2013-cü ilin səviyyəsinə qayıdıb. İlkin göstəricilər göstərir ki, 2025-ci ilin ilk 11 ayında qida sənayesində yeni investisiya layihələrinin sayı ötən illə müqayisədə 45% azalıb, ümumi investisiya həcmi isə 194,6 milyard rubldan 104,7 milyard rubla düşərək 46% geriləyib. Bu, yalnız iqtisadi yavaşlamanın nəticəsi deyil, həm də istehsalçılar üçün maliyyə şəraitinin kəskin pisləşməsi ilə bağlıdır.
“Forbes” qeyd edir ki, sənayedəki geriləmənin əsas səbəblərindən biri yüksək faiz dərəcələridir. Mərkəzi Bankın müəyyən etdiyi 14%-dən yuxarı kredit dərəcələri biznes üçün ağır yükə çevrilib, nəticədə şirkətlər həm istehsalın genişləndirilməsindən, həm də yeni layihələrə sərmayə qoymaqdan çəkinir. Bu vəziyyətə işçi qüvvəsi çatışmazlığı, əməliyyat xərclərinin artması və inflyasiyanın sürətlənməsi də əlavə olunub. Şirkətlərin kredit yükü sürətlə ağırlaşıb. 2025-ci ilin doqquz ayının yekununda qida sənayesinin banklara borcu 1,87 trilyon rubla çatıb, gecikmiş ödənişlərin payı artıb, kredit ödənişləri isə bir il ərzində demək olar ki, 50% yüksələrək 196 milyard rubl təşkil edib.
Ərzaq istehsalındakı azalma təkcə daxili iqtisadi amillərlə bağlı deyil. Valyuta məzənnəsinin kəskin dəyişməsi də sektora ciddi təsir göstərib. Dolların 100 rublun altına enməsi beynəlxalq daşımaları rentabelləşdirmir, ixracatçılar gəlir itirir, istehsal planlarını ixtisar edirlər. Nəticədə Rusiyanın kənd təsərrüfatı məhsullarında uzun illər sonra ilk dəfə idxal ixracı üstələyib. 2025-ci ilin yanvar–sentyabrında idxal ixracdan 3,7 milyard dollar çox olub. Bu, ixrac yönümlü qida şirkətləri üçün ciddi itki deməkdir və Şərq ölkələrində, xüsusən də Çin bazarında genişlənmək imkanları əldən verilib.
Daxili bazarda da vəziyyət əlverişli deyil. Əhalinin alıcılıq qabiliyyəti aşağı düşdükcə istehlak modeli qənaətə əsaslanan formaya keçir. Ərzaq qiymətlərinin yüksəlməsi fonunda alıcılar daha ucuz məhsullara yönəlir, endirim mağazaları və promouşnlar əsas seçimə çevrilir. İstehlak həcmi nominal olaraq azalmır, lakin real göstəricilər enir.
Kolbasa və vetçina kimi məhsulların satış həcmi 1,3% aşağı düşüb, premium seqmentdə tələbat daralır. Bundan əlavə, Rusiyada ümumi əhali arasında tək yaşayanların payının 40%-i keçməsi hazır yeməyə marağı artırıb və toplu qablaşdırılmış ərzaq satışlarını azaldıb. Hazır yemək bazarının dəyər baxımından illik 30% artması, restoran xidmətlərinə tələbatın azalması və pərakəndə şəbəkələrin öz mətbəxlərini qurmağa başlaması istehlak davranışındakı ciddi dəyişikliyin göstəricisidir.
Sektorun daxilində də struktur problemləri dərinləşir. Avropa avadanlığına güclü bağlılığın olması səbəbindən şirkətlər məcburi şəkildə Çin və yerli istehsal vasitələrinə keçir, bu isə həm logistika xərclərini artırır, həm də istehsal proseslərini yavaşladır. Bir çox iri şirkətlər, məsələn “Cherkizovo Group” subsidiya azaldılması və bahalı borclanma səbəbilə investisiya proqramlarının üçdə birini ixtisar edib. Bəzi sahələr – içkilər, konservləşdirmə və digər qida kateqoriyaları dövlət dəstəyindən demək olar ki, kənarda qalır və artan aksizlər, etiketləmə tələbləri və ekoloji öhdəliklər səbəbindən əlavə fiskal təzyiq altında qalır.
Ümumi mənzərə göstərir ki, Rusiyanın qida sənayesi həm daxili iqtisadi çətinliklər, həm də xarici ticarət və valyuta amillərinin birləşməsi nəticəsində dərin transformasiya mərhələsinə daxil olub. Sərmayə axınlarının azalması, istehsalın zəifləməsi və istehlak davranışının dəyişməsi sektoru yenidən qurulmağa məcbur edir.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Dekabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri