Icma.az
close
up
RU
Kreml son 10 ilin ən ağır dövrünü yaşayır ŞƏRH

Kreml son 10 ilin ən ağır dövrünü yaşayır ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Müharibə bitsə, Kreml milyonlarla suala cavab verməli olacaq”Elçin Alıoğlu: “Lavrov qərar vermir, bütün düymələr Putinin əlindədir”

ABŞ dövlət katibi Marko Rubionun Filippində keçiriləcək ASEAN tədbirləri çərçivəsində həm Rusiya xarici işlər naziri Sergey Lavrov, həm də Çinin xarici işlər naziri ilə mümkün görüşlərə açıq olduqlarını bəyan etməsi Asiya-Sakit okean regionunda diplomatik fəallığın yeni mərhələyə keçdiyini göstərir. Vaşinqton bir tərəfdən Moskva ilə Ukrayna müharibəsi, Avropa təhlükəsizliyi və strateji sabitlik kimi mürəkkəb məsələlər üzrə dialoq kanallarını tam bağlamamağa çalışır, digər tərəfdən isə Pekinlə artan geosiyasi rəqabət, Tayvan boğazındakı vəziyyət, Cənubi Çin dənizi, ticarət mübahisələri və qlobal təhlükəsizlik gündəliyi ilə bağlı təmasları davam etdirmək niyyətini nümayiş etdirir. ASEAN platforması dünyanın aparıcı güclərinin bir araya gəldiyi mühüm diplomatik meydan hesab olunur. Buna görə də ABŞ, Rusiya və Çin rəsmilərinin eyni tədbirdə mümkün təmasları yalnız ikitərəfli münasibətlər baxımından deyil, həm də beynəlxalq siyasi proseslərin gələcək istiqamətini müəyyənləşdirə biləcək müzakirələr kimi qiymətləndirilir. Xüsusilə son dövrlər Vaşinqton-Moskva münasibətlərində gərginliyin davam etməsi və ABŞ-Çin rəqabətinin daha da kəskinləşməsi fonunda belə görüşlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Rusiya Federasiyası hazırda bir neçə istiqamətdə - strateji, diplomatik, iqtisadi, maliyyə və ən əsası geosiyasi baxımdan ciddi çətinliklərlə üzləşib:

“Rusiya Federasiyasının parçalanması, məğlub olması və ya yox olması ilə bağlı emosional, bir qədər də siyasi motivli çıxışları bir kənara qoysaq, Kreml bəlkə də son 10 ilin ən ağır dövrünü yaşayır. Birinci səbəb odur ki, 1919-cü il, iyunun 24-dən bu yana ilk dəfə olaraq Rusiya Çindən tam asılı vəziyyətə düşüb. Tarix boyu Rusiya Çinə faktiki olaraq təsir göstərib, oradakı proseslərə ciddi şəkildə müdaxilə edib. Təbii ki, İosif Stalinlə Mao Tszedun arasındakı münasibətlərin inkişafı, Stalinin ölümündən sonra Nikita Xruşşov dövründən 1985-ci ilə qədər davam edən müəyyən soyuqluq nəzərə alınsa da, yenə də belə vəziyyət müşahidə olunmamışdı. Rusiya faktiki olaraq Çinin əlaltısına çevrilib. Məsələn, “Sibirin Gücü-2” təbii qaz boru kəməri layihəsinə yenidən baxılıb. Çin Rusiyadan tələb edir ki, qaz daxili Rusiya qiymətlərinə yaxın tariflərlə satılsın. Üstəlik, boru kəmərinin tikintisi ilə bağlı əsas xərcləri də Rusiya öz üzərinə götürməlidir. Bu, iqtisadiyyatda köləlilik vadaretməsi adlandırılır. İkinci tərəfdən, Ukraynada beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulduğu müharibədə Rusiya Çindən asılı vəziyyətə düşüb. Texniki vasitələr, dron ehtiyatları, maliyyə və digər sahələrdə bu asılılıq açıq şəkildə görünür. Üçüncü məsələ maliyyə-bank sektorudur. Minlərlə sanksiyanın təzyiqi altında olan Kreml Çin, Cənub-Şərqi Asiya ölkələri və Hindistanla neft ticarətini əsasən dollarla deyil, yuan və rupi ilə aparmağa məcbur olub. Lakin yuanın sonradan dollara çevrilməsi zamanı Rusiya ciddi maliyyə itkiləri ilə üzləşir. Birincisi, nefti endirimli qiymətlə satmağa məcburdur. İkincisi, əldə olunan vəsait sərbəst dövriyyədə olan valyutaya çevrilərkən böyük komissiyalar və itkilərlə üzləşir”.

Analitik qeyd edib ki, ABŞ dövlət katibi Marko Rubionun ASEAN çərçivəsində Rusiya ilə təmaslarda maraqlı olduqlarını deməsi müəyyən mənada sarkazm və ironiya təsiri bağışlayır:

“Rusiya bu qədər asanlıqla sülh istəmir. Çünki sülh Rusiyanın daxili siyasi planlarına və ölkəni idarə edən feudal diktaturanın strateji məqsədlərinə uyğun gəlmir. Birincisi, qarşıdan Dövlət Dumasına və Federal Məclisə seçkilər gəlir. Rəsmi nəticələr əvvəlcədən bəlli olsa da, hakimiyyət yenə də seçkilərin legitim görüntüsünü qorumağa çalışacaq. Rusiyanı izləyən analitiklər arasında heç kim bu seçkilərin qalibi barədə şübhə etmir. Hakim “Vahid Rusiya” Partiyasının mövqeyini qorumaq üçün Ukrayna müharibəsi daxili siyasi baxımdan əlverişli alətə çevrilib. Digər tərəfdən Rusiyanın ordusunda dünyanın müxtəlif ölkələrindən gətirilmiş muzdlular döyüşür. On minlərlə Şimali Koreya vətəndaşının da Rusiya ordusunun tərkibində Ukraynaya qarşı savaşdığı bildirilir. Belə vəziyyətdə Rusiyanın sülh müqaviləsi imzalaması mümkün deyil. Çünki sülh əldə olunarsa, Rusiya cəmiyyətində haqlı suallar yaranacaq: beş il davam edən müharibə nə üçün aparıldı? Donetsk, Luqansk, Xerson və Zaporojye uğrunda verilən itkilərin nəticəsi nə oldu? Təxminən bir milyona yaxın yaralı, 400 minə yaxın həlak olan hərbçi nəyin naminə idi? Bu suallara hakimiyyətin, xüsusilə də Putinin inandırıcı cavab verməsi çətin görünür. Ona görə də yaxın dövrdə sülh sazişinin imzalanması ehtimalı zəif qiymətləndirilə bilər”.

Ekspert vurğulayıb ki, ASEAN çərçivəsində keçiriləcək görüşlər zamanı ABŞ Rusiya ilə müəyyən diplomatik təmas yaratmağa çalışacaq:

“Lakin Rusiyanın xarici siyasətində əsas qərarverici Sergey Lavrov deyil. Lavrov Kremlin və Vladimir Putinin mövqeyini ifadə edən icraçıdır. Qərarları verən isə Putindir. Çinə gəldikdə isə, Pekin rəsmi bəyanatlarında Ukraynada müharibənin tezliklə başa çatmasının, Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirir. Lakin praktikada fərqli mənzərə müşahidə olunur. Ukraynada davam edən müharibə, İranın bombalanması və Yaxın Şərqdə, xüsusilə də Fars körfəzi zonasında qeyri-sabitliyin davam etməsi Çinin maraqlarına uyğundur. Birincisi, Çin həm Rusiyadan, həm də İrandan enerji resurslarını daha ucuz qiymətə əldə edir. İkincisi, geosiyasi mövqelərini gücləndirir. Üçüncüsü, həm Yaxın Şərqdə, həm də Cənub-Şərqi Asiyada strateji təsir imkanlarını artırır. Ən əsası isə Tayvan məsələsində ABŞ ilə danışıqlarda əlinə daha güclü kart-blanşlar alır. Bu səbəbdən Çin yaxın aylarda nə Ukrayna, nə də Yaxın Şərq istiqamətində sülh prosesinin sürətlə irəliləməsində maraqlı görünmür”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyul 2026 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri