Icma.az
close
up
RU
Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Moskva, 20 sentyabr, AZƏRTAC

Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, habelə regional və bələdiyyə seçkilərində səsvermənin üçüncü günü başlayır.

AZƏRTAC xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, sentyabrın 19-u saat 19:00 radələrinə seçici fəallığı 44,38 faiz təşkil edib. Səsvermənin ilk günü – sentyabrın 18-də bu göstərici 28,4 faizə çatıb.

Budəfəki seçki kampaniyası müasir Rusiyada keçirilən ən genişmiqyaslı seçki kampaniyalarından biridir. Üç gün ərzində ölkənin bütün regionlarında müxtəlif səviyyələrdə 2,2 mindən çox seçki keçirilir. Onların nəticələrinə əsasən, təxminən 20,7 min deputat mandatı və seçkili vəzifə müəyyənləşdiriləcək.

Seçkilərin əsas diqqət mərkəzində Dövlət Dumasının 450 deputatının seçilməsi dayanır. Parlamentin aşağı palatasının deputatlarının yarısı partiya siyahıları üzrə, digər 225 deputat isə birmandatlı seçki dairələri üzrə seçilir. Ümumilikdə, təxminən 4,5 min namizəd qeydə alınıb.

Federal seçki bülletenində 10 siyasi partiya – “Vahid Rusiya”, Rusiya Liberal-Demokratik Partiyası, Birbaşa Demokratiya Partiyası, “Yaşıllar”, “Ədalətli Rusiya”, “Rodina”, Rusiya Kommunist Partiyası, Pensiyaçılar Partiyası, “Rusiya Kommunistləri” və “Yeni İnsanlar” təmsil olunur. Federal siyahısı məhkəmə qərarı ilə bülletendən çıxarılan “Yabloko” partiyasının namizədləri bir sıra birmandatlı seçki dairələrində seçkilərdə iştirak edirlər.

Eyni zamanda, Federasiyanın 11 subyektinin rəhbərlərinin seçkiləri keçirilir. Səkkiz regionda rəhbərləri birbaşa sakinlər, daha üç regionda isə regional parlamentlərin deputatları seçirlər. 39 subyektdə qanunverici məclislərin tərkibi yenilənir, 10 inzibati mərkəzdə isə bələdiyyə seçkiləri keçirilir.

Budəfəki seçki kampaniyasının əsas xüsusiyyətlərindən biri distant elektron səsvermədən geniş istifadə olunmasıdır. Distant elektron səsvermə üzrə federal platforma 32 regionda fəaliyyət göstərir, Moskva isə öz elektron sistemindən istifadə edir. Federal distant elektron səsvermədə iştirak üçün 4 milyondan çox insan ərizə verib.

Ötən gün federal platformada 3,3 milyondan çox seçici, yaxud distant elektron səsvermədə qeydiyyatdan keçmiş iştirakçıların 81,97 faizi səs verib. Moskvada isə seçki məntəqələrindəki terminallardan istifadə də daxil olmaqla, elektron üsulla 2,7 milyondan çox insan səs verib.

Seçkilər gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilir. MSK sədri Ella Pamfilovanın sözlərinə görə, səsvermənin ilk günü ərzində seçki kampaniyaları ilə bağlı insidentlər barədə polisə 367 məlumat daxil olub. Onların arasında 15 regionda terror aktları ilə bağlı 24 yalan məlumat da var. Kampaniya dövründə ümumilikdə 22 cinayət işi başlanıb.

Soçidə səsvermənin ilk günü bir sıra seçki məntəqələrinin işi pilotsuz uçuş aparatlarının hücumu səbəbindən müvəqqəti dayandırılıb. Xerson vilayətinin demək olar ki, bütün dairələrində də analoji tədbirlər görülüb. Belokurakinoda pilotsuz uçuş aparatı ərazi seçki komissiyasının binasından təxminən 150 metr məsafədə olub. Buna görə də binanın daxilində olan əməkdaşlar bir müddət oranı tərk edə bilməyiblər.

Orlov vilayətindəki seçki məntəqələrindən birində seçki qutusunun plombunun zədələndiyi aşkar edildikdən sonra 250 bülleten etibarsız hesab edilib.

Səsvermənin ikinci günü rəqəmsal infrastrukturun fəaliyyətinin pozulmasına cəhdlərlə bağlı məlumatlarla yadda qalıb. MSK-nın məlumatına görə, Moskvanın elektron seçki sistemi genişmiqyaslı və intensiv kiberhücuma məruz qalıb.

Seçkiləri siyasi partiyaların, namizədlərin və ictimai palataların 400 minədək müşahidəçisi izləyir. Həmçinin Azərbaycan da daxil olmaqla, 133 ölkədən və 13 təşkilatdan mindən çox beynəlxalq müşahidəçi və ekspert Rusiyaya gəlib.

MDB-dən olan müşahidəçilər missiyası Rusiyanın 20 regionunda seçkilərin monitorinqini həyata keçirir. Birliyin nümayəndələri seçki məntəqələrinə, distant elektron səsvermə üzrə ərazi komissiyasına və ictimai müşahidə qərargahlarına baş çəkiblər.

Rusiyadan kənarda olan vətəndaşlar üçün 152 ölkədə, o cümlədən Baykonur ərazisində 7 məntəqə olmaqla, 333 seçki məntəqəsi yaradılıb. Rusiyada təxminən 111 milyon, xaricdə isə 1,8 milyondan çox seçici var.

Səsvermə sentyabrın 20-də axşam başa çatacaq. Son seçki məntəqələri bağlandıqdan sonra seçkilərin ilkin nəticələrinin hesablanmasına başlanılacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri