Icma.az
close
up
RU
Rusiyada spirtli içki istehlakı artıb

Rusiyada spirtli içki istehlakı artıb

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın Vologda bölgəsində tətbiq olunan spirtli içki satış məhdudiyyətləri gözlənildiyinin əksinə olaraq istehlakı azaltmaq əvəzinə artırıb.

"Cebheinfo.az" xəbər verir ki,  Rusiya Federal Statistika Xidmətinin (“Rosstat”) məlumatlarına görə, bölgədə adambaşına düşən spirtli içki istehlakı məhdudiyyətlərdən əvvəl 7,7 litr idisə, sonradan 9,65 litrə yüksəlib. Bu artım, qonşu bölgələrdə istehlakın azaldığı bir dövrdə baş verdiyi üçün xüsusilə diqqət çəkib.

Bölgə rəhbərliyi 1 mart tarixindən etibarən yeni bir tətbiqə başlayıb. Bu qaydaya əsasən, spirtli içki satışı yalnız iş günləri saat 12:00-dan 14:00-dək həyata keçirilə bilər.

Bu qərar 200-dən çox alkomarketin bağlanmasına və qanuni satış kanallarının daralmasına səbəb olub. Vologda valisi Georgi Filimonov isə bu tətbiqin müsbət nəticələr verdiyini iddia edir.

Onun sözlərinə görə, qadağadan sonra alkoqol istehlakı 20 %, alkoqolla əlaqəli xəstəliklərdən ölüm halları isə 46 % azalıb.Lakin Kommersant qəzetinin araşdırması məhdudiyyətlərin əks təsir yaratdığını göstərib.

Hesabata görə, qadağadan sonra bölgədə alkoqol ticarəti yeraltı bazara keçib.Taksi xidmətləri vasitəsilə gizli satışlar artıb, bəzi kafelər və apteklər “örtülü satış nöqtəsi”nə çevrilib. Bundan əlavə, bir çox Vologda sakini spirtli içki ehtiyaclarını ödəmək üçün qonşu bölgələrə getməyə başlayıb.

Mütəxəssislər bu vəziyyətin Rusiyada tez-tez müşahidə olunan bir tendensiyanı əks etdirdiyini bildirirlər:

“Həddindən artıq məhdudiyyətlər adətən qanunsuz bazarın böyüməsinə səbəb olur”.Dövlət Dumasından bəzi deputatlar isə alkoqol qadağalarının ictimai problemləri həll etməkdən çox “populist təsir yaratmaq” məqsədi daşıdığını iddia edirlər.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri