Icma.az
close
up
RU
Rusiyada Suriyada qalmaq şərtilə atəşkəsə gedir? ŞƏRH

Rusiyada Suriyada qalmaq şərtilə atəşkəsə gedir? ŞƏRH

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da Donald Trampın yenidən prezident seçilməsindən sonra Rusiya və Ukraynanın atəşkəsə gedəcəyi haqda ehtimallar günü-gündən artır. Tərəflər özləri də buna etiraz etmirlər. Bəs, atəşkəs hansı şərtlər altında mümkündür?

Bakupost.az -ın sualını türkiyəli siyasi şərhçi İsmayıl Cingöz cavablandırıb.


O qeyd edib ki, yaxın vaxtlara qədər Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və digər NATO ölkələrindən tez-tez hərbi sursat tələb edir, bu yardımlar böyük həcmdə Ukraynaya çatdırılırdı. Lakin NATO standartlarına uyğun silahların Ukrayna əsgərləri tərəfindən istifadə edilməsində çətinliklərin olduğu məlum oldu:

"Belə ki, uzun illərdir Varşava müqaviləsi ölkələri və Rusiya silahlarına alışan Ukrayna əsgərləri NATO silahlarını istifadə etməkdə ciddi çətinliklərlə üzləşirdilər. Bununla yanaşı, Zelenskinin tələbri əsasında göndərilən F-16 qırıcı təyyarələrinin istifadəsi üçün sürətləndirilmiş təlimlər keçən Ukrayna pilotlarının bu təyyarələrdən istifadə etməkdə çətinlik çəkdikləri və gözlənilən uğurları nümayiş etdirə bilmədikləri də müşahidə olundu.

Nəticədə, ABŞ-da prezident seçkiləri prosesində Tramp qalib gəldi və Ukrayna-Rusiya müharibəsini 24 saat ərzində bitirmək üçün addımlar atacağını elan etdi:

"Tramp 20 yanvar 2025-ci ildə rəsmən prezident kimi vəzifəsinin icrasına başlayacaq. Onun artı indidən sülh danışıqları üçün hazırlıqlara başladığı məlumdur. Bu çərçivədə Macarıstan Baş naziri Viktor Orbanı vasitəçi olaraq Zelenski ilə danışıqlara göndərən Tramp müharibənin hər hansı bir şəkildə bitirilməsini istəyir. Onun Rusiyanın yaratdığı təhdidin daha çox Avropa ölkələrinə aid olduğunu əsas gətirərək Ukraynaya yardımların Avropa ölkələri tərəfindən göstərilməli olduğunu bəyan etməsi də diqqətəlayiqdir.

Bu prosesi öz xeyrinə fürsət kimi dəyərləndirmək istəyən Almaniya isə Rusiya təhdidinin daha çox özünə aid olduğunu irəli sürərək, 1945-ci ildən bəri tətbiq olunan silah embarqosunu ləğv etmək, silahlanma təşəbbüslərini gücləndirmək istəyir. Beləliklə, Avropa ölkələri Ukrayna-Rusiya müharibəsinin sona çatmasından dərhal sonra Rusiyanın hədəfinə çevrilməkdən ehtiyat edirlər. Onlar müharibənin bir an əvvəl bitirilməsi və Rusiya ilə münasibətlərin normallaşdırılması üçün çalışırlar".

Ekspert qeyd edib ki, buna baxmayaraq, Rusiyanın da Ukrayna müharibəsində tamamilə uğur qazanmadığı bəllidir:

"Rusiyanın uğur qazanmış kimi bir imic formalaşdıraraq atəşkəs razılaşması imzalamağa hazır olduğu aydın olur. Eyni zamanda, Zelenskinin də bu prosesdə ərazi itkilərini göz önünə alaraq atəşkəsə hazır olduğunu bəyan etməsi diqqət çəkir. Suriyada baş verən hadisələr, Rusiyanın Suriyadakı hərbi bazalarının mövcudluğunu qorumaq müqabilində Ukrayna cəbhəsində güzəştlərə getmə ehtimalını ortaya qoyur. Buu da Trampın mövqeyini gücləndirir və yaxın gələcəkdə atəşkəsin və daimi sülhün mümkünlüyünü daha inandırıcı edir.

Bu proseslər davam edərkən, Ukrayna əsgərlərinin tez-tez Rusiya qarşısında cəbhəni tərk edərək geri çəkildikləri və geri çəkilərkən xüsusilə NATO silahlarını geridə buraxdıqları barədə beynəlxalq media orqanlarında xəbərlər yer alır. Ukrayna əsgərlərinin NATO silahları ilə kifayət qədər təcrübəli olmadıqları üçün cəbhədə uğur qazana bilmədikləri və bu uğursuzluqlarını NATO silahlarını istifadə etməkdə çətinlik çəkmələri ilə izah etdiklərini də görürük".

İ.Cingöz qeyd edib ki, hazırkı mərhələdə Ukrayna-Rusiya müharibəsində Ukraynanın ərazi güzəştləri və Rusiyanın Suriyada hava və dəniz bazalarının qalması müqabilində əvvəlki bəzi iddialarından qismən geri çəkilərək bir atəşkəs təşəbbüsün gözlədikləri açıq-aşkardır:

"Ukrayna əsgərləri öz uğursuzluqlarının səbəbi kimi NATO silahlarını göstərməyə çalışır. Rusiyanın isə NATO cəbhəsinə qarşı təkbaşına mübarizə apardığını iddia etməsi hər iki tərəfin öz uğursuzluqlarına bəraət qazandırmağa çalışdığını ortaya qoyur. Yaxın gələcəkdə Tramp tərəfindən bu müharibənin başa çatdırılması üçün səylərin göstəriləcəyi realdır. Trampın əsas hədəfi olan Çini mühasirəyə alma siyasəti səbəbindən Qara dənizdə və Suriya ərazisində müharibə istəmədiyi, diqqəti daha çox Sakit Okean bölgəsinə yönəldəcəyi ehtimal olunur. Buna görə də, bu prosesin qarşılıqlı güzəştlərlə yekunlaşacağı aydın görünür".

Lalə Novruz, Bakupost

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Dekabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri