Icma.az
close
up
RU
Namiq Qaraçuxurlunu çıxmaq şərtilə... Meyxana haqqında şok sözlər

Namiq Qaraçuxurlunu çıxmaq şərtilə... Meyxana haqqında şok sözlər

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış qiraətçi Xəzər Süleymanlı meyxana ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

Ölkə.Az xəbər verir ki, bu barədə sənətçi  “Pərvizə görə”də danışıb. O, jurnalist Pərviz Hüseynin “Rep, yoxsa meyxana?” sualına bu cavabı verib:

“Rep. Səbəb çox sadədir. Ola bilər ki, repin sözündə bayağılıq olsun. Onsuz da rep dinləyən insanlar bunu gözə alırlar. Lakin elə reperlər var ki, onlar həm də musiqinin də səviyyəsinə üstünlük verirlər. Məsələn, dostumuz Orxan Zeynallının tək sözünün yox, aranjimanın keyfiyyəti var. Konsertləri möhtəşəmdir. Bu insan tək repə yox, Azərbaycan mədəniyyətinə xidmət edir. Mən Orxanı sevə-sevə dinləyirəm. Amma meyxanaçılardan Namiq Qaraçuxurlunu çıxmaq şərtilə... Çünki o, tam başqa səviyyədir, onun sənətini ifaçılığa aid edirəm. Bu gün həm musiqini, həm də sözü yaxşı səviyyədə təqdim edən kim var? Ancaq özbək, iran, hind ritminin üzərində qurulur. Bunlar bizim mədəniyyət deyil, bizi bayağı istiqamətə çox aparır. Məsələn, "Xpert"in gördüyü işləri danmaq olmaz. Onun da meyxanaçı Pünhan Azimlə işbirliyi var idi, Rəşad ifaçı kimi oxumuşdu. Keyfiyyətli işlər var, baxanda tək-tük olur, amma indi meyxananın vəziyyəti acınacaqlıdır. 2000-lərin əvvəlində meyxana özü idi. Bu gün avam uşağı elmi konfransa çıxarıb, deyə bilməzsən ki, fizikadan yeni nailiyyətləri onunla bölüşün. Adama deyərlər ki, axı nə söyləsəm, başa düşməyəcək. Meyxananı da eləcə elmi konfransa çıxarmağa çalışdılar. Ortalıqda qaldı. Meyxana küçədə yaxşı idi, küçəni loru dildə deyirəm. Demirəm ki, gedib tində davam etsinlər. Amma meyxana “palatka” toylarında ənənəvi formada gözəl idi. Sonradan lazımsız müdafiə başladı ki, biz 13 saniyəyə şairlərin yaza bilmədiklərini deyirik. Hansı ki, şairlərin cırıb atdıqları belə indi ən güclü meyxana deyənin ən yaxşı misrasından üstündür. Bu barədə mənimlə heç kim mübahisə edə bilməz. Çünki mən meyxananın dərinliklərini bilirəm. Meyxanaçılar da bilirlər ki, mən meyxananı hansı səviyyədə bilirəm. Keçmişimdə meyxana sənəti ilə yaxın əlaqəm olub. Söz elə bir şeydir ki, nənəmiz də durduq yerə maraqlı ifadə işlədə bilər. İstənilən insan elə bir söz deyər ki, baxarsan ki, bu haradan gəldi. Söz ilahi ilə işləyir. Allah dünyanı yaradanda birinci sözü yaradıb. Söz də bizə keçən birinci məsələdir. İstənilən insanda var. Elə meyxanaçılar var ki... Məsələn, Ağakərim. Onun dediyi elə meyxanalar var ki, poeziyadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 Mart 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see159

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see133

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see128

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri