Icma.az
close
up
RU
Rusiyada ürək transplantansiyası keçirmiş qadın uşaq doğdu

Rusiyada ürək transplantansiyası keçirmiş qadın uşaq doğdu

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.



Rusiyalı qadın ürək transplantasiyasından sonra uşaq dünyaya gətirib.

“Medicina” xəbər verir ki, akademik V.İ.Krasnopolski adına Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda İvanovo vilayətindən Moskvaya gələn 27 yaşlı xəstən oğlan uşağını uğurla dünyaya gətirib. Təsadüfi deyildi ki, onun ixtisaslaşmış köməyə ehtiyacı vardı: 2022-ci ildə ona ürək transplantasiyası əməliyyatı aparılıb.

"2022-ci il dekabrın 6-da xəstənin ürəyi dayandı. O, reanimasiyadan sonra bizə, Şumakov adına Milli Tibbi Tədqiqat Mərkəzinə köçürüldü. Müvəqqəti mexaniki qan dövranı sistemi quraşdırıldı və xəstə transplantasiya üçün təcili gözləmə siyahısına salındı. Bir neçə gündən sonra əməliyyat uğurla həyata keçirildi.

Artıq iki ildən sonra müayinə zamanı biz hamiləliyin mümkünlüyünü müzakirə etməyə başladıq”, - deyə Akademik V. İ. Şumakov adına Milli Tibbi Tədqiqat Transplantologiya və Süni Orqanlar Mərkəzinin kardiologiya şöbəsinin müdiri Nadejda Koloskova bildirib.

Transplantoloqlar xəstənin hamiləliyin öhdəsindən gələ biləcəyi qənaətinə gəldilər. Hamiləliyin idarə edilməsi üçün o, Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna göndərildi.

"Bu günə qədər bizdə 28 belə xəstə var: 21 qadın böyrək transplantasiyasından sonra, ikisi mədəaltı vəzi və böyrək transplantasiyasından sonra, biri ürək-ağciyər kompleksi transplantasiyasından sonra, biri ağciyər transplantasiyasından sonra və daha üç xəstə daha əvvəl ürək transplantasiyası əməliyyatı keçirib. Hazırda biz daha bir ürək resipiyenti görürük”.

Transplantoloqlar, kardioloqlar və mama-ginekoloqlar gələcək ananı bütün hamiləlik boyu nəzarətdə saxladılar. Doğuş zamanı xəstənin Şumakov Mərkəzinin kardioloqu da həkim briqadasında idi. Körpənin atası doğuşda iştirak edib və oğlunun dünyaya gəlməsinə sevinib.


Aygün Musayeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 04 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri