Icma.az
close
up
RU
Rusiyada vətəndaşlar etiraza qalxdı... FOTOLAR

Rusiyada vətəndaşlar etiraza qalxdı... FOTOLAR

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bazar günü- 14 dekabrda Rusiyanın Tomsk şəhərində onlarla insan ölkə rəhbərliyinin Amerika uşaq oyun platforması "Roblox"-u qadağan etmək qərarına qarşı etiraz aksiyası keçirib. Bu, sözügedən avtoritar dövlətdə ictimai narazılığın nadir təzahürüdür.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. 

Rusiyanın rabitə-kommunikasiya tənzimləyicisi "Roskomnadzor" 3 dekabrda "Roblox"-u "uşaqların mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərə biləcək uyğunsuz məzmunla dolu" olduğu üçün blokladığını açıqlayıb.

Moskvadan 2900 kilometr şərqdə yerləşən Sibirin Tomsk şəhərində bir neçə onlarla insan əl ilə yazılmış "Roblox-a toxunmayın", "Roblox rəqəmsal dəmir pərdənin qurbanıdır" şüarı ilə küçələrə çıxıb və ən təsirli şüar "Qadağalar və təcridetmələr edə biləcəyiniz tək şeydir" olub.

Şəkillərdə təxminən 25 nəfərin qar üzərində dairə şəklində dayandığı və əllərində lövhələr tutduğu görünür.

Yerli media polisin etirazın iki iştirakçısını saxladığını, onlardan birinin "ekstremist simvollar" nümayiş etdirməkdə şübhəli bilinərək polis bölməsinə aparıldığını bildirib.

Rusiyada "Roblox" qadağası senzura, texnologiyadan istifadə zamanı uşaqların təhlükəsizliyi və hətta uşaqların bir neçə kliklə bir çox məhdudiyyətləri keçə biləcəyi rəqəmsal dünyada senzuranın effektivliyi ilə bağlı müzakirələrə səbəb olub.

Bir çox rusiyalılar sadəcə "VPN"-lərdən (virtual özəl şəbəkələr) istifadə edərək qadağaları keçiblər, baxmayaraq ki, bəzi gənc rusiyalılar qadağanın bu qədər asanlıqla keçilə biləcəyinin məntiqini şübhə altına alırlar, digərləri isə Rusiyada dövlət tərəfindən qadağan edilmiş tətbiqlərə niyə bu qədər az alternativin olduğunu düşünürlər.

Bəzi rusiyalı valideynlər və müəllimlər "Roblox"-un uşaqların cinsi əlaqələrlə bağlı məzmunlara daxil olmasına və böyüklərlə ünsiyyət qurmasına icazə verməsindən narahatlıqlarını bildiriblər.

Fəlaiyyəti Kaliforniyanın San-Mateo şəhərindən idarə olunan "Roblox", İraq və Türkiyə də daxil olmaqla  bir sıra ölkələrdə qadağan edilib.

Rusiya rəsmiləri bəyan edirlər ki, senzura Qərb hökumətləri tərəfindən aparıldığı iddia edilən "informasiya müharibəsi"ndən və onların "ənənəvi Rusiya dəyərlərini" sarsıdan "dekadent Qərb mədəniyyəti" kimi gördüklərindən qorunmaq üçün lazımdır.

Moskva son illər həmçinin "Snapchat", "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" kimi sosial media platformalarını bloklayır və ya məhdudlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 08:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri