Icma.az
close
up
RU
Rusiyada Xocalı soyqırımı anılıb FOTOLAR

Rusiyada Xocalı soyqırımı anılıb FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Federasiyasının Vladivostok şəhərinin Primorsk diyarında, Çelyabinsk vilayətində, Krasnoyarsk diyarında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirləri təşkil edilib.

"Unikal" xəbər verir ki, Vladivostok şəhərinin Primorsk diyarında fəaliyyət göstərən “Dostluq” İctimai Təşkilatı Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan anım tədbiri keçirib. Təşkilatın sədri Ramiz Zeynalov çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin tarixdə ən dəhşətli hadisələrdən biri olduğunu qeyd edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərdiyini bildirib. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının bu istiqamətdə təbliğat işini daha da gücləndirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda Heydər Əliyev Fondunun hazırladığı Xocalı faciəsi haqqında videoçarxlar nümayiş olunub.

Xocalı faciəsinə həsr olunmuş növbəti tədbir Çelyabinsk vilayətində baş tutub. Çelyabinskdə fəaliyyət göstərən “Azərbaycan Çelyabinsk vilayəti azərbaycanlılarının İctimai Təşkilatı”nın keçirdiyi tədbir soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Təşkilatın rəhbəri Ərşad Xankişiyev çıxış edərək soyqırımın tarixi haqqında ətraflı məlumat verib. Tədbirin ikinci hissəsi açıq diskussiyaya həsr olunub. Qeyd edilib ki, hər bir azərbaycanlının borcu – ölkəsinin tarixini yadda saxlamaq və qorumaq, həmçinin soyqırımı qurbanlarının və şəhidlərin xatirəsini əziz tutmaqdır. Sonda Xocalı soyqırımı haqqında videoçarx nümayiş olunub. 

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Rusiyada digər bir tədbir Krasnoyarsk diyarında keçirilən anım mərasimidir. Mərasimi Azərbaycan Regional Milli-Mədəni Muxtariyyəti və Krasnoyarsk diyarının Azərbaycan Gənclər Birliyi təşkil edib. Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Milli-Mədəni Muxtariyyətinin Krasnoyarsk diyarı üzrə din və ruhani məsələlər üzrə sədr müavini Hacı Mütəllib İbişov, həmin faciəvi hadisələrin şahidi Nazim Əliyev, Muxtariyyətinin sədr müavini Telman Tamoyev çıxış edərək soyqırımı haqqında məlumat veriblər. Azərbaycan xalqının öz ərazi bütövlüyünü bərpa etməkdə göstərdiyi cəsarət vurğulanıb, tarixi ədalətin bərqərar olduğu bildirilib. Belə əhəmiyyətli tədbirlərdə həm yaşlı nəslin, həm də gənclərin iştirakının vacibliyini qeyd edilib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 Mart 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri