Rusiyada vətəndaşlıq andı üçün yaş həddi 14 ə endirilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Moskva, 29 dekabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin 14 yaşından etibarən Rusiya vətəndaşlığına sadiqlik andı içməyi nəzərdə tutan qanun imzalayıb.
AZƏRTAC xəbər verir ki, müvafiq dəyişiklik “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Qanuna edilib. Dəyişiklik sənədin rəsmi dərc edilməsindən 10 gün sonra qüvvəyə minəcək. Hazırda and Rusiya vətəndaşlığı üçün müraciət edənlərə məcburidir, lakin 18 yaşına çatmamış vətəndaşlar əvvəllər bu öhdəlikdən azad edilirdi. Yeni qanunla yaş 14-ə endirilib.
Sənəddə, həmçinin müəyyən edilir ki, şəxs əvvəlcə and içməkdən imtina edibsə, Rusiya vətəndaşlığının verilməsi qərarı olan andan etibarən ləğv ediləcək. Bundan əlavə, qanunla nəzərdə tutulub ki, şəxs and içməzdən əvvəl vəfat edibsə, Rusiya vətəndaşlığının verilməsi haqqında qərar etibarsız sayılacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 29 Dekabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















