Rusiyada xüsusi rejim: Əhaliyə küçəyə çıxmaq qadağan edildi
Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna sərhədindən 2300 kilometr uzaqda yerləşən Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində pilotsuz uçuş aparatlarının (PUA) hücumu təhlükəsi ilə bağlı rejim tətbiq edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə regionun rəhbəri Ruslan Kuxaruk Telegram kanalında məlumat verib.
Məmur sakinlərə küçəyə çıxmamağı, təhlükəsiz yerləri tərk etməməyi və hava hücumundan müdafiə sistemlərinin fəaliyyətini çəkib qeydə almamağı çağırıb.
“Təhlükəsizliyi təmin etmək məqsədilə hava məkanına nəzarət gücləndirilir. Mobil rabitə və mobil internetlə bağlı məhdudiyyətlər tətbiq oluna bilər”, – deyə Kuxaruk bildirib.
Bundan əvvəl Ukrayna sərhədindən 1800 kilometr uzaqda yerləşən Sverdlovsk vilayətində də PUA hücumu təhlükəsi rejimi elan edilmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 Sentyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















