Bu şəhərdə küçəyə çıxmaq qadağan edildi
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul valisi Davut Gül sosial şəbəkə hesabında vətəndaşları zərurət olmadıqca sabah evdən çıxmamağa çağırıb.
Vali xüsusilə güclü yağış və sel təhlükəsinə diqqət çəkərək, bodrum mərtəbələrdə yaşayan sakinlərə gecəni daha təhlükəsiz və yuxarı mərtəbələrdə keçirməyi tövsiyə edib. Vətəndaşlara çay yataqlarından, yeraltı keçidlərdən və su basma riski olan ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq olunub.
Davut Gül təhlükəsiz yerdə qalmaq imkanı olmayan şəxslərin 112 Təcili Çağrı Mərkəzinə müraciət edə biləcəyini bildirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar İstanbulda məktəblər bir gün müddətinə bağlanıb. Həmçinin əlilliyi olan, hamilə və 8 yaşından kiçik uşağı olan qadın dövlət qulluqçularına inzibati məzuniyyət verilib.
Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində motosikletlərin və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.
Aysel Muxtar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 14 Oktyabr 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















