Icma.az
close
up
RU
Rusiyada yanacaq böhranı dərinləşir Ölkə emal gücünü 40 faizi itirib

Rusiyada yanacaq böhranı dərinləşir Ölkə emal gücünü 40 faizi itirib

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Rusiya yanacaq bazarında vəziyyət getdikcə gərginləşir.
Yeniavaz.com
 “Forbes” nəşrinə istinadən xəbər verir ki, sentyabrın sonlarından etibarən ölkənin bir çox bölgələrində, o cümlədən Rusiyanın nəzarəti altında olan Krım yarımadasında yanacaq satışı ilə bağlı məhdudiyyətlər tətbiq olunub.
Krım benzin satışını rəsmi şəkildə müştəri başına 20 litrə qədər məhdudlaşdıran ilk region olub. Bölgənin rəhbəri Sergey Aksyonov sentyabrın 25-də yanacaqdoldurma məntəqələrində çatışmazlıq olduğunu etiraf edib. Daha sonra treyderlərlə keçirilən görüşdən sonra satış limitinin 30 litrə qədər müəyyənləşdirildiyi bildirilsə də, oktyabrın 1-də bu məhdudiyyət 20 litrə endirilib.
Ölkənin digər regionlarında da vəziyyət gərginləşib. Oktyabrın 13-də Novosibirsk vilayətində müstəqil yanacaqdoldurma məntəqələri Aİ-92 və Aİ-95 markalı benzinin satışını dayandırıblar. “Sibir-GSM” assosiasiyasının prezidenti Sergey Latskixin sözlərinə görə, hazırda Novosibirskdə bu markalı benzin yalnız “Qazprom” stansiyalarında satılır.
Rusiya hökuməti yanacaq ixracına qoyulan qadağanı ilin sonuna qədər uzadıb. Avqustun əvvəlindən etibarən benzinin topdansatış qiymətləri 12 faiz artıb. Sankt-Peterburq birjasında Aİ-95 markalı benzinin qiyməti rekord həddə çataraq ton üçün 80 460 rubl (981 dollar) olub.
Ekspertlər bildirirlər ki, yanacaq böhranı əsasən neft emalı zavodlarının planlı texniki xidmət və zədələnmə səbəbindən fəaliyyətini dayandırması ilə əlaqədardır. “Oil and Capital” jurnalının baş redaktoru Vladimir Bobylevin fikrincə, ölkədə emal gücünün təxminən 40 faizi itirilib və yanacaq ehtiyatları azalmaqdadır.
Dövlət Dumasının Tikinti və Kommunal Təsərrüfat Komitəsinin sədr müavini Aleksandr Aksenenko vəziyyəti “kritik” adlandırıb: “Yanacaq qıtlığı artıq bütün ölkə üzrə hiss olunur – həm sadə vətəndaşlar, həm də biznes üçün ciddi problemlər yaradır”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 Oktyabr 2025 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri