Icma.az
close
up
RU
Rusiyada yanacaq böhranı

Rusiyada yanacaq böhranı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyada benzinin satışına qoyulan məhdudiyyətlər daha iki bölgəyə - Tümen və Sverdlovsk vilayətlərinə də tətbiq edilib. Bundan öncə eyni addım Çelyabinsk, Novosibirsk vilayətlərində və işğal olunmuş Krımda atılıb.

Modern.az xəbər verir ki, Tümen şəhərindəki “H-1” yanacaqdoldurma şəbəkəsi 7 oktyabrdan etibarən benzin satışına limit qoyub.

Hazırda bir alışda maksimum 30 litr Aİ-92 və Aİ-95 markalı yanacaq almaq mümkündür. Şirkət nümayəndələri iddia edirlər ki, “defisit yoxdur”, məhdudiyyətlər isə “benzin alanları bidonla toplu şəkildə almaqdan çəkindirmək” üçün tətbiq olunub.

Eyni zamanda TPK şəbəkəsində Aİ-95 benzini yalnız yanacaq kartları ilə satılır. Şirkət bu addımı “müəyyən növ yanacağın çatışmazlığı” ilə əlaqələndirib, lakin məhdudiyyətlərin nə vaxtadək qüvvədə qalacağı bəlli deyil.

Sverdlovsk vilayətində də oxşar vəziyyət yaranıb. Yerli sakinlər bildirirlər ki, “Lukoyl” yanacaqdoldurma məntəqələrində benzinin bidonlara satışı qadağan olunub, “Başneft” şəbəkəsində ümumiyyətlə yanacaq yoxdur. Tamic Energy və Varta stansiyalarında isə bir avtomobilə yalnız 30 litr yanacaq verilir.

“Karavan” şəbəkəsində Aİ-95 markalı benzin tamamilə tükənib, digər növlər isə 20 litrlə məhdudlaşdırılıb.

Eyni şəbəkənin Yekaterinburqdakı stansiyalarında da öncədən limitlər tətbiq edilmişdi: hər avtomobilə 20 litr benzin və 30 litr dizel.

Novosibirsk vilayətində vəziyyət daha gərgindir: “Praim” şəbəkəsi əksər məntəqələrdə Aİ-92 satışını dayandırıb. Şirkət bu qərarı “neft emalı zavodlarından tədarüklərin dayanması” ilə əsaslandırır. Nəticədə yanacaq qiymətləri kəskin artıb,  “Tatneft” məntəqələrində Aİ-92-nin bir litri cəmi iki gün ərzində 6 rubl bahalaşıb.

Çelyabinsk vilayətində “Tamic Energy” stansiyalarında avtomobillərə 30 litr benzin və 70 litr dizel limiti tətbiq olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Oktyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see434

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see319

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see315

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see309

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see308

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see302

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see301

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see282

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see271

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see269

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see266

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see266

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see260

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see260

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see259

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see258

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see257

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see232

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see227
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri