Rusiyada yanacaq böhranı: İrkutskda 18 saata qədər benzin növbələri yarandı VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Rusiyanın regionlarında, xüsusilə Sibir bölgəsində neft məhsullarının qıtlığı pik həddə çatıb. İrkutsk vilayətində yanacaq böhranı səbəbindən rəsmən xüsusi rejim (yüksək hazırlıq vəziyyəti) elan edilib.
Bizim.Media xəbər verir ki, neft hasil edilən və neft emalı zavodlarının (NEZ) yerləşdiyi İrkutsk vilayətində sürücülər yanacaq doldurma məntəqələrində (YDM) benzin ala bilmək üçün 18 saata qədər növbədə gözləməli olurlar.
Sosial şəbəkələrin Rusiya seqmentində yerli sakinlərin kəskin etirazları, rəsmi orqanların izahatlarına inanmadıqlarını əks etdirən və söyüşlərlə müşayiət olunan çoxsaylı müraciətləri yayılır. Vətəndaşlar ölkədəki vəziyyəti Zimbabve ilə müqayisə edir və yanacağın qəsdən gizlədilərək Moskvaya və ya xaricə daşındığını iddia edirlər.
Mövcud böhran fonunda "Rosneft" şirkəti İrkutskdakı yanacaqdoldurma məntəqələrində bir avtomobil üçün sutkalıq 50 litr limit tətbiq edib, kanistrlərə benzin vurulması isə tamamilə qadağan olunub. Digər özəl YDM şəbəkələri (məsələn, BRK) isə fiziki şəxslərə yanacaq satışını tamamilə dayandırıb.
Yaranmış vəziyyətdən istifadə edən spekulyantlar (dəllallar) internet üzərindən benzinin bir litrini 250 rubla (təxminən 5 manat) təklif edirlər. Polis artıq qanunsuz yanacaq satışı ilə məşğul olan şəxslərin saxlanılması üçün əməliyyatlara başlayıb.
Rusiya Energetika Nazirliyi və İrkutsk vilayətinin qubernatoru İqor Kobzev vəziyyətin bir neçə iri neft emalı zavodunda aparılan planlı təmir işləri və logistik problemlərlə bağlı olduğunu iddia edərək, bazarı yalnız iyulun ortalarına qədər stabilləşdirməyə ümid etdiklərini bildiriblər. Lakin rəsmi versiyalar yerli əhali tərəfindən ciddi narazılıq və aqressiya ilə qarşılanır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:293
Bu xəbər 30 İyun 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















