Icma.az
close
up
RU
Rusiyada yanacaq böhranı Qiymət artır səbəb nədir?

Rusiyada yanacaq böhranı Qiymət artır səbəb nədir?

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Belə görünür ki, Rusiyanın neft-qaz sektoruna ən təsirli “sanksiya” Ukrayna PUA-larının və raketlərinin hücumudur. Qərbin dişsiz və nəzarət olunmayan sanksiyalarından fərqli olaraq, Ukraynanın Rusiyanın enerji sektoruna endirdiyi zərbələr real effektlər verməyə başlayıb.

Artıq Kreml bu hücumların nəticəsi kimi, ölkədən xaricə benzin ixraxcına qadağa qoyub. Rəsmi səbəb mövsümi tələbatın artması və neft email zavodlarında “plana uyğun” təmir işləri göstərilsə də, hamıya, o cümlədən rusiyalılara da yaxşı bəllidir ki, əsl səbəb Ukrayna PUA-ları və raketlərinin hücumudur. Bir də bu hücumların qarşısında aciz qalan “dünyanın ikinci ordusuna malik” Rusiyanın HHM sistemləri…

Beləliklə, Kiyevin Rusiyanın 10 böyük neft emalı zavoduna endirdiyi son zərbələr işğalçı ölkənin ümumi emal gücünün ən azı 17 faizini, yəni sutkada 1,1 milyon barelə bərabər hissəsini sıradan çıxarıb. Bu barədə “Reuters” ekspertlərin hesablamaları əsasında məlumat yayıb. Qeyd edək ki, təxminən bir ay əvvəl 13.5 faiz rəqəmi səsləndirilirdi. Lakin ötən müddət ərzində Ukrayna bir neçə effektiv zərbə endirməklə bu göstəricini 17 faizə çatdırıb. Nəticədə Rusiyanın Primorye, Uzaq Şərq bölgələri, Zabaykalye regionu əsl benzin defisiti yaşayır. YDM-lərdə böyük növbələr var və qiymətlər durmadan artır. Eyni vəziyyət Rusiyanın “azad etdiyi” Krımda və işğal olunmuş Ukrayna ərazilərində də müşahidə olunur. “Euronews”isə xəbər verir ki, Ukraynanın zərbələri Rusiyanın bəzi regionlarında qaz çatışmazlığına da səbəb olub. Görünür, Putin tez-tez “hər şey plan üzrə gedir” deyərkən, bu mənzərəni də nəzərdə tutubmuş…

Digər yandan, Ukraynanın zərbələri getdikcə daha dağıdıcı və təsirli olur. Təkcə onu qeyd etmək kifayətdir ki, son olaraq Voronejdəki böyük neft email zavodu vurulandan sonra orada başlayan yanğını 6 gün söndürmək mümkün olmadı. Zavod öz fəaliyyətini dayandırdı və onu nə vaxt bərpa edəcəyi də bəlli deyil.

Bu arada isə Ukrayna getdikcə daha çox neft emalı zavodlarını, neft bazalarını və hərbi sənaye obyektlərini hədəfə alır, bununla da Moskvanın neftin emal və ixrac imkanlarını zəiflədir. Ukrayna mediası və Rusiya “Z kanalları” növbəti hədəfin Rusiyanın ən iri neft email zavodlarından biri - Omskdakı zavod olduğunu yazırlar. Ukraynadan çox uzaqda olan bu zavod da vurulsa, Rusiyanın yanacaq sektoru daha çıxılmaz vəziyyətə düşəcək. Onun vurulması imkanlarına gəlincə isə artıq Ukraynanın 3000 kilometrə qədər məsafəni vura bilən raketinin və uzaq mənzilli PUA-larının olduğunu nəzərə alsaq, bu müəssisə də əlçatmaz deyil…

Daha əvvəllər bu cür zərbələrin nəticələri daha tez aradan qaldırılırdı. İndi isə belə müəssisələri bərpa etmək Rusiya üçün olduqca çətinləşib. Çünki həm zərbələr daha şiddətlidir, həm də bu zavodlarda istifadə edilən bahalı və yüksək texnologiyalı avadanlıqların böyük hissəsi xaricdən, xüsusilə Qərb ölkələrindən alınmalıdır. Sanksiyalar səbəbindən bunu etmək olduqca çətindir. Digər yandan bu reallıq onu da göstərir ki, böyük neft ölkəsi olan və neftdən 100 milyardlar qazanan Rusiya “əlinə düşəni” elmə, texnologiyaya, inkişafa yox, orduya, silaha xərcləyib, ya da korrupsiyaya yem edib. İndi isə texnologiyalar sahəsində çox geri qaldığı üçün hətta həyati əhəmiyyət kəsb edən öz neft email sektorunu belə müasir avadanlıqlarla təmin etmək gücündə deyil…

C.Məmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Avqust 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri