Rusiyada yanacaq böhranı yenidən qızışdı
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyada neft emalı zavoduna PUA-larla hücum edilib. Hücum nəticəsində zavodda zərər yaranıb və müəssisənin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Yeni Sabah” xəbər verir ki, Rusiyanın Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavodu gecə saatlarında PUA hücumuna məruz qalıb. Rostov vilayətinin qubernatoru Yuri Slyusar bildirib ki, hücum zamanı bölgənin 6 rayonunda 50-yə yaxın PUA zərərsizləşdirilib. Onun sözlərinə görə, hücum nəticəsində Novoşaxtinsk neft emalı zavoduna ziyan dəyib. Bu səbəbdən müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Qubernator hücum nəticəsində xəsarət alan şəxslər barədə məlumat olmadığını bildirib. Hadisə ilə bağlı araşdırma davam edir. Toyuqlu pizza
Qeyd edək ki, Rusiyada yanacaqla bağlı problem son dövrlərdə yenidən dərinləşib. Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına PUA hücumları nəticəsində bir sıra müəssisələrdə işlər dayandırılıb və ölkənin bəzi bölgələrində yanacaq satışına məhdudiyyətlər tətbiq edilib. Rusiya hökuməti daha əvvəl benzin və dizel yanacağının ixracına da qadağa qoyub.
Baxış sayı:78
Bu xəbər 25 Sentyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















