Rusiyada yaşayan azərbaycanlılara xəbərdarlıq: “Svetofor” üsulundan istifadə ediləcək
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev miqrantları filtrdən keçirməyin yeni üsulunu – “svetofor” prinsipindən istifadə etməyi təklif edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə o, “Tsarqrad” telekanalına müsahibəsində danışıb.
Onun fikrincə, fabriklərdə və tikinti sahələrində məqsədyönlü şəkildə əcnəbi işçilərin işə götürülməsini təşkil etmək olar, lakin miqrantların əksəriyyəti xidmət sektoruna girib “kuryer, taksi sürücüsü və ya başqa qeyri-adi işlərdə” işləməyə çalışırlar ki, onlara nəzarət etmək daha çətin olacaq.
"Ona görə də bütün mənşə ölkələr, bu ölkələrdən olan insanların törətdiyi cinayətlərin sayına görə qırmızı, sarı və yaşıl zonalara bölünməlidir. Məqsədli işə qəbul "yaşıl" ölkələrdən gələnlərə şamil oluna bilər. Amma bu məsələ bizim iş adamları tərəfindən nəzərə alınmır", - deputat bildirib.
Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 İyul 2025 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















