Icma.az
close
up
RU
Pul göndərmək çətinləşəcək: “Rusiyada yaşayan azərbaycanlılara...”

Pul göndərmək çətinləşəcək: “Rusiyada yaşayan azərbaycanlılara...”

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Rusiya Mərkəzi Bankı beynəlxalq ödənişlər üzərində nəzarəti genişləndirərək banklara xarici şirkət və şəxslərin valyuta əməliyyatları ilə yanaşı, qiymətli metallar, veksellər və rəqəmsal maliyyə aktivləri vasitəsilə həyata keçirilən ödənişləri də izləməyi məcburi etməyi planlaşdırır. 

Mövcud qaydalar əsasən, Rusiya rezidentlərinin əməliyyatları ilə məhdudlaşırdı. Lakin bazar iştirakçılarının getdikcə daha çox alternativ ödəniş mexanizmlərinə yönəlməsi səbəbilə yeni tənzimləməyə ehtiyac duyulduğu bildirilir. 

Məlumatlara görə, bu tənzimləmə çərçivəsində banklar xarici müştərilərin valyuta əməliyyatlarını qeydiyyata almaq üçün yeni təsnifat sistemi yaratmalı olacaqlar. 

Xüsusilə veksellər, qiymətli metallar və rəqəmsal aktivlərlə bağlı əməliyyatlar şəffaf olmayan ödənişlərdə istifadə olunma potensialına görə ayrıca kodlaşdırılacaq. 

Rəsmilər bu addımın bazar iştirakçıları üçün əlavə məhdudiyyət yaratmadığını, xarici tərəflərin əlavə sənəd təqdim etməsinə ehtiyac olmadığını və bütün məlumatların banklar tərəfindən avtomatik şəkildə qeydə alınacağını vurğulayıblar.

Mütəxəssislər hesab edirlər ki, bu tənzimləmənin əsas məqsədi ölkənin bank sistemindəki valyuta hərəkətləri barədə daha əhatəli məlumat əldə etmək və mövcud nəzarət sistemindəki boşluqları aradan qaldırmaqdır.

Bəs bu dəyişikliyin Azərbaycana hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, bu dəyişikliyin Azərbaycana müəyyən təirləri ola bilər:

“Rusiya nə qədər çox sanksiyalar tətbiq edirsə, bir o qədər də onun iqtisadiyyatında çətinliklər artır, məhdudiyyətlər çoxalır. Bu, sözsüz ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Pul köçürmələrinə qoyulan məhdudiyyətlər də bu gün Rusiyada həm sahibkarlıq istiqamətində, həm də xarici iqtisadi ticarət əlaqələri sahəsində mənfi təsirlər yaradır. 

Belə ki, Rusiya banklarının sistemdən ayrılması, bankların müəyyən qismini iflic vəziyyətinə çatdırıb. Bu isə Rusiya partnyorlarına da mənfi təsir göstərir. Hazırda Rusiya ilə Azərbaycan arasında ticarət əməkdaşlığı mövcuddur və Rusiyanın köklü sistemindəki problemlər həm Azərbaycan sahibkarlarının, həm də Rusiyada yaşayan azərbaycanlıların bu istiqamətdə fəaliyyətinə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, bu dəyişiklik Rusiyada yaşayan azərbaycanlılara elə də böyük çətinlik yaratmayacaq: 

“Məhz Rusiyanın Azərbaycanda müəyyən bankları mövcuddur. Digər tərəfdən isə müxtəlif - “Zolotaya Korona” və digər pulköçürmə xidmətləri vasitəsilə maliyyə əməliyyatlarını həyata keçirmək mümkündür. Bu dəyişikliyin müəyyən təsirləri ola bilər.

Rusiya hansısa tərəfdaş ölkəsi ilə pulköçürmə sistemi yarada bilər. Hesab edirəm ki, bu dəyişikliklər həm Rusiya–Azərbaycan, həm də digər tərəfdaş ölkələr arasındakı dövriyyəyə mənfi təsir göstərəcək və eyni zamanda Rusiyanın ixrac imkanlarını da xeyli məhdudlaşdıracaq”.

Əkrəm Həsənov bildirib ki, bu addımın məqsədi ölkədən pulun çıxarılmasının qarşısını almaqdır:

“Ümumiyyətlə, 2022-ci ildən bəri bu çətinliklər daim mövcuddur. Amma Rusiya gün keçdikcə bu qaydaları daha da sərtləşdirir ki, ölkədən pulun çıxarılmasının qarşısını alsın. Bu dəyişiklik həm Azərbaycan vətəndaşları, həm də şirkətlər üçün Rusiya ilə əlaqələr baxımından problemlərin artmasına səbəb olacaq”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Eyyub Kərimli Əkrəm Həsənov pul göndərmək

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:262
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri