Rusiyada yeni avtomobil satışları 27 faiz azaldı
Icma.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiyada yeni avtomobil satışları bu ilin ilk dörd ayında ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz azalaraq 404 minə düşüb. Aprel ayında isə yeni idxal avtomobillərinin satışı ötən ilin aprel ayına nisbətən 40 faiz azalıb.
Sherg.az xəbər verir ki, Rusiyanın Sənaye və Ticarət Nazirliyindən yayılan yazılı açıqlamada, Qərb şirkətlərinin tədarükü dayandırmasından sonra ölkənin avtomobil sektorundakı vəziyyət barədə məlumat verilib.
Qeyd edək ki, Rusiyada 2022-ci ilin fevralına qədər bazarın lideri olan Qərb avtomobil şirkətləri, Ukraynada müharibənin başlaması ilə ölkəni tərk etdiklərini açıqlamışdı.
Ölkədə avtomobil satışları demək olar ki, dayanma nöqtəsinə gəlsə də, xüsusilə Çin şirkətlərinin Rusiyaya ixracı və yerli istehsalçıların fəaliyyətlərini artırması ilə bazarda canlanma müşahidə olunmağa başlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















