Icma.az
close
up
RU
Rusiyada yoxsulluq da, müharibə itkiləri də artır Real ölü sayı 385 minə çata bilər

Rusiyada yoxsulluq da, müharibə itkiləri də artır Real ölü sayı 385 minə çata bilər

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə hərbi itkilərin regionlar üzrə bölgüsü açıq bir qanunauyğunluğu üzə çıxarır: yoxsulluq səviyyəsi nə qədər yüksəkdirsə, itkilər də bir o qədər çoxdur.

"AzPolitika" xəbər verir ki, bu barədə BBC-nin Rus xidmətinin yaydığı materialda bildirilir.

Yazı daha əvvəl "The Bell" nəşrində dərc olunan və rusiyalı analitik Aleksandr Kolyandr tərəfindən aparılan təsdiqlənmiş itkilərin detallı təhlilinə əsaslanır. BBC jurnalistləri “Mediazona” və könüllülər qrupu ilə birlikdə 6 fevral tarixinə qədər Ukraynada həlak olmuş 173 mindən çox Rusiya hərbçisinin adını müəyyənləşdiriblər. Söhbət yalnız açıq mənbələr əsasında təsdiqlənmiş itkilərdən gedir və real rəqəmlərin daha yüksək olduğu vurğulanır.

Kolyandr könüllülərin topladığı demoqrafik məlumatları təhlil edərək qeyd edir ki, məsələn, Zabaykalye diyarının sakinlərinin müharibədə həlak olma ehtimalı moskvalılardan 15 dəfə çoxdur. Rəsmi statistikaya görə, bu regionda əhalinin 15 faizdən çoxu yoxsulluq həddindən aşağı yaşayır. Moskva isə ən aşağı göstəriciyə malikdir: paytaxtda ölənlərin region əhalisinə nisbəti cəmi 0,02 faiz təşkil edir.

Ən yüksək itki payı Tuva və Çukotkada (0,5%), eləcə də Buryatiyada (0,4%) qeydə alınıb. Bu regionların hamısı yoxsul bölgələr sırasında yer alır. Ümumi tendensiyadan istisna isə Şimali Qafqaz respublikalarıdır. Rəsmi statistikaya görə, bu regionlar da yoxsul hesab edilsə də, adambaşına düşən itkilər Moskva və Sankt-Peterburqla müqayisə edilə biləcək səviyyədədir.

Aleksandr Kolyandr bunu həmin bölgələrdə güclü ailə bağları və geniş yayılmış kölgə iqtisadiyyatı ilə izah edir. Onun sözlərinə görə, rəsmi olaraq yoxsul görünən əhali qruplarının real həyat şəraiti bəzən Rusiyanın digər regionlarındakı ən kasıb təbəqədən daha yaxşı ola bilər. Analitik hesab edir ki, itkilərin regionlar üzrə bölgüsü Kremlin müharibənin əsas yükünü Moskva, Sankt-Peterburq və Şimali Qafqazdan uzaq saxlamağa çalışdığını göstərir.

Könüllülərin məlumatına əsasən, hazırda həlak olanların 56 faizi könüllülər, səfərbərliyə cəlb edilənlər və həbsxanalardan müharibəyə göndərilmiş məhkumlardır. Eyni zamanda, məhkumların və zabitlərin (əsasən müqaviləli hərbçilər) payında azalma müşahidə olunur.

Analitiklərin fikrincə, Rusiya ordusunun real itkiləri 267 minlə 385 min 500 nəfər arasında dəyişə bilər. Moskva isə müharibədəki itkilərlə bağlı rəsmi statistika açıqlamır.

Rasim

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:322
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 Fevral 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri