Icma.az
close
up
RU
Rusiyada 385 milyon yaşı olan ağac tapılıb FOTO

Rusiyada 385 milyon yaşı olan ağac tapılıb FOTO

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Leninqrad vilayətinin cənubunda yerləşən Tolmaçev qum karxanasında arxeoloji qazıntılar zamanı alimləri gözlənilməz bir tapıntı qarşılayıb.

Ölkə.az xəbər verir ki, bu barədə “Nauchnaya Rossiya”ya qazıntılara rəhbərlik edən, Sankt-Peterburq Dövlət Universitetinin Paleontologiya muzeyinin müdiri, biologiya elmləri namizədi Dmitri Qriqoryev məlumat verib.

Bildirilir ki, paleontoloqlar təxminən 385 milyon il yaşı olan əsl daşlaşmış ağac nümunəsi “paleostump” aşkarlayıblar.

Dmitri Qriqoryevin sözlərinə görə, ağac nümunəsini karxananın orta Devon dövrünə aid təbəqələrində qazıntılarda iştirak edən həvəskar paleontoloq tapıb. Ağac kötüyünün diametri kökləri ilə birlikdə 15 metrə çatır ki, bu da onu təkcə Rusiyada deyil, bütün dünyada bu tip tapıntılar arasında ən böyüklərdən birinə çevirir.

“Bu kötük çox unikal tapıntıdır: orta Devon təbəqələrində belə nümunələr bizdə demək olar ki, yoxdur. Dünyada belə tapıntıları barmaqla saymaq olar. Leninqrad vilayətində isə indiyədək belə bir şey qeydə alınmamışdı. Üstəlik, onun kökləri ilə birlikdə aşkar olunması da çox nadir hadisədir,” -  deyə Qriqoryev bildirib.

Məhz köklərin olması paleontoloqlar üçün ən böyük sürpriz olub. Tolmaçev karxanası uzun illərdir alimlər arasında prototaksitlərin tapıldığı yer kimi tanınır. Bu canlılar Silur və Devon dövrlərində (təxminən 443–358 milyon il əvvəl) mövcud olmuş, quruda yaşayan orqanizmlər idi. Onlar quruluş etibarilə göbələkləri xatırladır, lakin alimlər arasında bu barədə yekdil fikir yoxdur. Bəziləri onları iynəyarpaqlılara bənzədir.

“Əvvəlcə elə düşündük ki, Leninqrad vilayətində tapılmış ən iri prototaksiti aşkarlamışıq. Amma qazıntını dərinləşdirdikcə kökləri gördük. Məlumdur ki, prototaksitlərin kökü olmur. Onda anladıq ki, bu bir ağac kötüyüdür,” - deyə Dmitri Qriqoryev qeyd edib.

Alimin sözlərinə görə, bu tapıntı əvvəlki tədqiqatların nəticələrinə də ciddi təsir göstərə bilər. Çünki Tolmaçev karxanasında oxşar quruluşa malik çoxlu iri nümunələr də tapılıb və indiyə qədər onların hamısı prototaksit hesab edilirdi. İndi isə ehtimal olunur ki, onların bir qismi də daşlaşmış ağac qalıqları imiş.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri