Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı son vəziyyət Moskva bu addıma gedərsə...

Rusiyadakı azərbaycanlı milyarderlərlə bağlı son vəziyyət Moskva bu addıma gedərsə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Rusiyadakı Azərbaycan əsilli milyarderlər artıq öz ölkələrinə geri qayıdır. Onların öz bizneslərini əsasən Asiya ölkələrinə köçürdükləri deyilir. İsgəndər Xəlilov və Araz Ağalarovun Bakıda olduğu bildirilir. Fərhad Əhmədov isə mediaya açıqlamasında Azərbaycana köçdüyünü və Rusiya ilə bütün əlaqələrini tamamilə dayandırdığını açıqlayıb.

Rusiyada ciddi vergi ödəyicisi olan və xeyli iş yeri yaradan həmin milyarderlərin ölkələrinə qayıtması təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük əhəmiyyət daşıyır. Çünki onlar bu və ya digər şəkildə Bakı ilə Moskva arasında bir növ körpü rolunu oynayır. Analitiklər hesab edir ki, bu şəxslərin Rusiyadan sıxışdırılması, əmlaklarına əl qoyulması və bizneslərinin zəifləndirilməsi daha çox Rusiya hökumətinə zərər verəcək.

Bəs, bu proses daha da böyüyə bilərmi? Milyarderlərdən sonra orta ranqlı iş adamları, əmək miqrantları da Azərbaycana geri dönə bilərmi? Bu proses sürətlənərsə, Rusiyaya nə kimi ziyan verə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Rusiyada fəaliyyət göstərən soydaşlarımızın Azərbaycana köçməsi normal prosesdir və bunun getdikcə genişlənəcəyi istisna edilmir:

Həmçinin oxuyun:

Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı – Bakı fərqindədir

Heydər Oğuz

Azərbaycan belə sürprizlərə hazır olmalıdır. Ən azı ona görə ki, Rusiyadakı həmvətənlərimizin sıxışdırılması bizim iradəmizdən asılı deyil və istəsək də bunu dayandıra bilmərik. Moskvanın azərbaycanlılara qarşı başlatdığı mübarizə heç də hansısa hərəkətlərimizdən qaynaqlanmır. Rusiya ciddi beynəlxalq sanksiyalarla üz-üzədir və get-gedə daralan iqtisadi vəziyyətinə uyğun olaraq öz vətəndaşlarına əlavə iş yerləri yaratmaq istəyir. Bunun üçün də miqrantları sıxışdırır, iş yerlərini əllərindən alır. Hazırda bu siyasət Azərbaycan icmasına qarşı həyata keçirilir. Öz hərəkətlərinə haqq qazandırmaq üçün bəzi bəhanələrdən istifadə edir. Bizdən sonra bənzər siyasətin digər etniklərə qarşı da həyata keçiriləcəyini görəcəyik”.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan hakimiyyəti milli sərmayədarları ölkəmizə cəlb etmək istəyirsə, onlara münbit şərait yaratmaq haqqında düşünməlidir:

“Çünki pulun, kapitalın vətəni olmur. Harda ona münbit şərait yaradılırsa, kapital da oraya köçür. Milyarder soydaşlarımız da bu səbəblə Asiya ölkələrinə köç edir. Azərbaycan unutmamalıdır ki, Rusiyadan didərgin salınan iş adamlarına böyük ehtiyacımız var. Məhz onlar sayəsində ölkəmizdə yeni sənaye obyektləri, satış bazaları, ixrac müəssisələri aça və ölkənin inkişafına töhfələr verə bilərik. Ağıllı dövlətlər bu cür böhranları fürsətə çevirə bilənlərdir. Fikrimcə, Azərbaycan da bu addımı atmaq qabiliyyətinə malikdir. Rusiyada böyük uğurlar qazanan və bir çox xarici bazarı yaxından tanıyan iş adamlarımızın ölkəyə qayıtmasına çalışmalıyıq. Bunun üçün isə həm iqtisadi, həm də hüquqi sahədə bəzi ciddi islahatlar aparılmalıdır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 01 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri