Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlılara yeni təhlükə Moskva kritik addıma gedəcək?

Rusiyadakı azərbaycanlılara yeni təhlükə Moskva kritik addıma gedəcək?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Rusiya-Azərbaycan münasibətləri son dönəmlərdə yenidən kəskinləşib. Prezident İlham Əliyev Moskvada keçiriləcək 9 May qələbə paradında iştirak etməyəcək. Bunun səbəbləri haqda yerli mediada xəbər paylaşılıb. Bildirilib ki, AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya tərəfin adekvat addım atmaması, günahkarların cəzalandırılmaması, deputat Azər Badamova qarşı rəftar və Azərbaycan saytlarına qarşı Rusiyadan kiberhücumların təşkil edilməsi bu səfərin təxirə salınmasına səbəb olub.

İki ölkə arasında yenidən start götürən gərginliyin müxtəlif sahələrdə təsirinin olacağı gözləniləndir. Ən çox diqqət çəkən məsələlərdən biri Rusiyadakı əmək miqrantları ilə bağlıdır. Onların incidilməsi, deport edilməsi ehtimalı yenidən gündəmdədir.

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, məlum təyyarə qəzası sonrasında Rusiyanın nümayiş etdirdiyi mövqe, iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub:

“Qazaxıstanın ilkin araşdırma nəticələrini açıqlamasından sonra Rusiya öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina etdi. Hətta qəzanın məsuliyyətini üzərlərindən atmaq üçün müxtəlif yollar axtardılar. Azərbaycan isə bu proseslərə soyuqqanlı yanaşdı. Həmin dövrdə, ölkəmizə qarşı yayılan təxribat xarakterli məlumatlara belə dözümlülük nümayiş etdirildi. Kiberhücumlar da qeydə alındı. Rusiya həm bu cür siyasət yürüdür, həm də Azərbaycanla münasibətlərini əvvəlki vəziyyətə qaytarmağa çalışır. 2022-ci ilin fevralın 22-də Azərbaycan və Rusiya arasında çox mühüm bir sənəd imzalanıb. Bu sənəd, iki ölkə arasında müttəfiqlik və qarşılıqlı fəaliyyətin əsasını təşkil edən əhəmiyyətli bir bəyannamədir. Lakin Rusiyadakı bəzi dairələr Azərbaycanla əməkdaşlığın pozulmasında maraqlıdır. Azərbaycana qarşı təxribatçı fəaliyyətlər isə hər zaman fiaskoya uğrayır. 9 may ətrafında da müəyyən problemlər yaranıb. Rusiya, İlham Əliyevin Qələbənin 80 illiyi ilə bağlı paradda iştirak etməsi üçün xüsusi təklif göndərdi. Ümumilikdə, siyasi müstəvidə münasibətlərin kəskinləşməsini müşahidə etmirik”.

Azər Allahverənov

Deputat əlavə edib ki, Azər Badamova qarşı atılan son addımlar qəbuledilməzdir:

“Azər Badamov Rusiya ərazisinə daxil olduğu zaman, Həştərxan istiqamətində uçuş saatını gözlədiyi vaxt ona yaxınlaşıb, Rusiyada olmağının məqsədə uyğun olmadığını bildiriblər. İrəli sürülən bəzi maddələrə görə, ölkəni tərk etməsi lazım olduğu vurğulanıb. Halbuki aprelin 17-də Dağıstanda keçirilən tədbirdə iştirak edən Azər Badamova qarşı bu cür hərəkətlər nə dərəcədə doğrudur? Bu, həm beynəlxalq hüquqa, həm də diplomatik etikaya ziddir. Azərbaycan isə məsələyə soyuqqanlı yanaşır. Siyasi müstəvidə hər hansı bir gərginlik müşahidə olunmur.

Münasibətlərdə irəliləyiş əldə edildikdə, tərəflər arasında gərginlik yaranarsa, onlar əlindəki təsir vasitələrindən istifadə edə bilərlər. Azərbaycanlı miqrantların bu prosesdən təsirlənməsi isə gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri