Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?

Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Maliyyə Nazirliyi əcnəbi işçilərin işləmə və vergiyə cəlb olunma qaydalarını köklü şəkildə dəyişdirən qanun paketi hazırlayaraq hökumətə təqdim edib.

Layihə fevralın 9-da hökumət komissiyasında prinsipial olaraq təsdiqlənib. Məqsəd miqrasiya siyasətində “ucuz işçi qüvvəsi”nin məhdudlaşdırılması və ölkədə olan hər bir əcnəbidən daha yüksək maliyyə töhfəsi əldə etmək kimi izah olunur.

Rəsmilərin sözlərinə görə, yalnız qanuni gəliri olan və vergi ödəyən əcnəbilərin ölkədə qalması hədəflənir.

"Cebheinfo.az" xəbər verir ki, yeni qaydalara görə aylıq sabit gəlir vergisi fiziki şəxslər yanında çalışan əcnəbilər üçün 1 700 rubl (təxminən 22 dollar), şirkətlərdə və ya fərdi sahibkarların yanında çalışanlar üçün isə 1 200 rubl (təxminən 16 dollar) təşkil edəcək.

Bundan əlavə, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazəsini uzatmaq üçün Rusiyadakı qanuni gəlirlərini sənədlərlə təsdiqləməli olacaqlar.

Gəliri özünün və ailə üzvlərinin hər biri üçün müəyyən edilmiş regional minimum yaşayış səviyyəsindən aşağı olan şəxslərə patent verilməyəcək və ya mövcud patentləri ləğv ediləcək.

Yeni qanun layihəsi yüksək ixtisaslı əcnəbi mütəxəssislər üçün minimum əməkhaqqı tələblərini də əhəmiyyətli dərəcədə artırır. Hazırda 250 min rubl (təxminən 3 min 250 dollar) olan hədd bəzi peşə qrupları üzrə 358,5 min rubla (təxminən 4 min 650 dollar), digər əcnəbilər üçün isə 717 min rubla (təxminən 9 min 310 dollar) qaldırılacaq.

Bu məbləğlər hər il orta əməkhaqqı artımına uyğun yenilənəcək. Məqsəd “yüksək ixtisaslı mütəxəssis” statusundan aşağı ixtisaslı işçilərin sui-istifadəsinin qarşısını almaqdır.

Layihəyə əsasən, patentlə çalışan (MDB ölkələrindən olan) əcnəbilər artıq sabit avans gəlir vergisini təkcə özləri üçün deyil, Rusiyada yaşayan yetkinlik yaşına çatmayan uşaqları üçün də ödəməli olacaqlar. 

Uşaqlar 18 yaşına çatdıqda ya ölkəni tərk etməli, ya da öz adlarına patent alaraq tam vergi ödəyicisinə çevrilməlidirlər.

Yeni qaydalar yalnız patentlə çalışanları deyil, Rusiyada müvəqqəti və ya daimi yaşayış icazəsi olan və fərdi şəxslər tərəfindən ev işləri və şəxsi ehtiyaclar üçün işlədilən əcnəbiləri də əhatə edir.

Eyni zamanda tələbələr, alimlər, müəllimlər, qaçqınlar və müvəqqəti qoruma statusunda olan şəxslər də bu kateqoriyaya daxildir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Fevral 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri