Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlıları nə gözləyir? Daha bir QADAĞA

Rusiyadakı azərbaycanlıları nə gözləyir? Daha bir QADAĞA

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiyada miqrantlara qarşı daha bir qadağa qüvvəyə minə bilər. Dövlət Dumasının deputatı Sergey Mironov Rusiya dövlət xəstəxanalarında pulsuz doğumun qadağan edilməsini təklif edib. Deputat hesab edir ki, icbari tibbi sığorta paketində pulsuz tibbi xidmətin yalnız Rusiya vətəndaşlarına şamil olunması səhiyyənin və vergi ödəyicilərinin yükünün azaldılmasına kömək edəcək.

Bəs, bu məsələ Rusiyada yaşayan azərbaycanlılara necə təsir edəcək?

Globalinfo.az-ın xəbərinə görə, mövzu ilə əlaqədar Bizim.Media-ya fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Rusiyanın vaxtaşırı sərt qadağalar tətbiq etməsi qanunsuz miqrasiya mübarizəsinin daha da effektiv edilməsi ilə bağlıdır.

“Keçən ilin mart ayından etibarən Rusiyanın miqrasiya qanunvericiliyində çox ciddi dəyişikliyin baş verdiyi müşahidə olunur. Məlum Crocus City terror hadisəsindən sonra belə sərt mübarizəyə başlanıldı, çünki Rusiyanın rəsmi orqanlarının verdiyi məlumata görə hadisə Tacikistandan olan şəxslərin iştirakı ilə baş vermişdi və bu səbəbdən də Rusiya höküməti miqrasiya ilə bağlı çox sərt siyasət yürütməyə başladı.

Burda da əsas niyyət ölkə ərazisində olan qanunsuz miqrantların sayının azaldılmasıdır. Ona görə də zaman-zaman bu və ya digər müstəvidə qaydalar tətbiq olunur. Həmin qaydalar kifayət qədər tərəfimizdın sərt dəyərləndirilir”.

Deputat deyir ki, bu mübarizə müəyyən mənada öz nəticəsini verir. Belə ki, ölkə ərazisində yaşayan qanunsuz miqrantların sayının azalmasına nail olunub”.

İlin sonuna qədər yeni qaydalar tətbiq olunacaq

Müsahibimiz qeyd edib ki, Rusiya höküməti hər dəfə yeni qaydalar tətbiq etməklə həmin miqrantların həm də ölkə iqtisadiyyatına fayda verəcək kateqoriya kimi formalaşmasında maraqlı olduğunu göstərir:

“Ölkədə mövcud olan bir çox sosial təminat məsələləri həm də hökümət üçün sosial yük kimidir. Ona görə də həmin yükdən azad olması üçün belə qaydalar tətbiq edirlər ki, həmin o sosial hüquqların təmin olunması ilə bağlı məsələlər maddi cəhətdən miqrantların özünün iştirakı ilə baş vermiş olsun”.

A.Allahverənov bundan sonra da yeni qaydaların tətbiq olunacağını istisna etmir:

“İlin sonuna qədər yeni qaydaların tətbiq olunacağının şahidi olacağıq. İstənilən halda bu, miqrantların maraqlarına cavab verən hal deyil. Əlavə problemlərə yol açan bir vəziyyətdir.”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri