Icma.az
close
up
RU
Rusiyadakı azərbaycanlıları necə xilas etməli? “İşgəncə maşını” getdikcə azğınlaşır KONKRET

Rusiyadakı azərbaycanlıları necə xilas etməli? “İşgəncə maşını” getdikcə azğınlaşır KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar Rusiyada yaşayan azərbaycanlılara qarşı təzyiqlərin, həbslərin və işgəncələrin artması ciddi narahatlıq doğurur. Moskvada, Sank-Peterburqda, Yekaternburqda və digər bölgələrdə soydaşlarımızın hüquqları pozulur, insanlar əsassız səbəblərlə saxlanılır, təhqirə və fiziki zorakılığa məruz qalırlar. Onların əmlakları dağıdılır, qanunsuz yollarla əlindən alınır.

Bu kimi hallar həm beynəlxalq hüquq normalarına, həm də insan haqlarına ziddir. Problemin aradan qaldırılması üçün BMT, ATƏT, Avropa Şurası kimi təşkilatlara müraciət və ikitərəfli diplomatik kanallar vasitəsilə məsələni gündəmə gətirmək mümkündürmü?

Rəsmi Bakı bu istiqamətdə hansı addımları ata bilər?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Asim Mollazadə bildirib ki, Rusiyanın törətdiyi əməllərlə bağlı Azərbaycan mütləq bütün beynəlxalq təşkilatlara məlumat verməlidir.

O vurğulayıb ki, Rusiya az qala bütün xalqlara qarşı qərəzli davranır:

“Beynəlxalq təşkilatlar Rusiyada baş verən hadisələrdən kifayət qədər məlumatlıdır. Bu ölkə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Hər gün Ukraynada Rusiya bombardmanlarının qurbanı uşaqlar, qadınlar və yaşlılar olur. Yəni Rusiya dövlət olaraq insanlığa qarşı cinayətlər törədir və eyni zamanda müxtəlif etnik qrupların nümayəndələrinə işgəncə verir, onların hüquqlarını pozur. Soydaşlarımıza qarşı atılan addımlar qərəzlidir”.

Asim Mollazadənin fikrincə, beynəlxalq təşkilatların Rusiyanın hərəkətlərinə laqeyd qalması onu daha sərt addımlar atmağa sövq edir:

“Onlar cəzalandırılmadıqlarını gördükləri üçün öz iyrənc siyasətini davam etdirirlər. Rusiyanın siyasəti insanlığa qarşı cinayətlərdən ibarətdir. Azərbaycanlılara qarşı nifrət və qəzəbin bir neçə səbəbləri var. Onlardan biri də soydaşlarımızın Rusiyada önəmli mövqelərdə uğurla fəaliyyət göstərməsidir. Bu uğurlar onları qıcıqlandırır. Çünki özləri işləmirlər, amma işləyən insanlara qarşı qısqanclıq və nifrət göstərirlər. Bu isə neo-bolşevik təfəkkürdən qaynaqlanan bir hərəkətdir.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri