Rusiyadan Azərbaycan və Ermənistanla birgə üçtərəfli işçi qrupu barəsində açıqlama
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Baş nazirinin müavini Sergey Overçuk Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının XXXIV qurultayı çərçivəsində jurnalistlərə açıqlama verib.
Overçuk RF, Azərbaycan və Ermənistan komissiyasının - baş nazirlərin müavinləri səviyyətində üçtərəfli işçi qrupunun hazırda "yuxu rejimində" olduğunu, tərəflərin istədiyi zaman öz işinə davam edə biləcəyini deyib.
Onun sözlərinə görə, baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupu dövlət başçılarının 9-10 noyabr 2020-ci il tarixli birgə bəyanatı ilə müəyyən edilib.
RF Baş nazirinin müavini deyib: "Hazırda o, yatmış vəziyyətdədir. Heç kim bu qrupu bağlamayıb və əgər tərəfdaşlar bizimlə əlaqə saxlasalar və müəyyən mənada faydalı ola bilsək, o zaman təbii ki, məmnuniyyətlə bu işi davam etdirəcəyik".
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 Mart 2025 20:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















