Icma.az
close
up
RU
Rusiyadan Azərbaycana qarşı həmlə: ortada 3 səbəb var Gərginlik artacaq

Rusiyadan Azərbaycana qarşı həmlə: ortada 3 səbəb var Gərginlik artacaq

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya–Azərbaycan münasibətlərində son gərginlik fonunda Moskvanın miqrasiya və diaspor amilindən təzyiq vasitəsi kimi istifadə edə biləcəyi barədə müzakirələr intensivləşib. Xüsusilə Rusiyada yaşayan azərbaycanlı miqrantlara qarşı mümkün deportasiya, əmlak müsadirəsi və hüquqi təzyiq ssenariləri yenidən gündəmə gəlib.

Moskva Bakıya qarşı hansı təzyiq vasitələrinə əl ata bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev bildirib ki, Rusiyanın atdığı addımlar fonunda münasibətlərin bundan sonra daha da gərginləşəcəyi gözləniləndir:

“Bütün hallarda bu proses üç əsas amillə bağlıdır:

Birincisi, Azərbaycanın tam müstəqil xarici siyasət yürütməsi ciddi rol oynayır.

İkincisi, Azərbaycanın geosiyasi mövqeyinin son dərəcə əlverişli olması və dünyanın ehtiyac duyduğu səviyyəyə yüksəlməsidir.

Üçüncüsü isə Rusiyanın açıq şəkildə apardığı qərəzli siyasətdir.

Məhz bu amillərin təsiri nəticəsində Rusiya son illərdə dəfələrlə Azərbaycanın milli maraqlarına zidd, nümayişkaranə addımlar atıb, həmyerlilərimizi sıxışdırmaqla gərginlik yaratmağa çalışıb. Bu da Moskvanın Azərbaycanın iradəli və müstəqil siyasətindən narazı olduğunu göstərir. Rəsmi Bakının əlverişli geosiyasi mövqeyindən maksimum istifadə etməsini istəmirlər və buna görə də müxtəlif vasitələrlə ölkəmizə təzyiqləri gücləndirirlər”.

Aydın Quliyev

Ekspert bildirib ki, Azərbaycanın ətrafında baş verən proseslər Rusiyanı ciddi şəkildə qıcıqlandırır:

“Mərkəzi Asiya ölkələrinin Çin, Yaponiya, ABŞ və Avropa İttifaqı (Aİ) ilə genişmiqyaslı iqtisadi və strateji əməkdaşlığa başlaması, hətta bu regiondan iki ölkənin artıq G20 toplantılarında iştirak etməsi Moskvanı narahat edir. Halbuki Rusiyanın özü G20-dən kənarlaşdırılıb. Mərkəzi Asiya ölkələrinin beynəlxalq çəkisi artdıqca, bu proseslərdə Azərbaycanın rolu da daha da ön plana çıxır və ölkəmizin əhəmiyyəti bir neçə dəfə artır.

Məhz bu səbəbdən Rusiya daha aqressiv mövqe tutmağa başlayıb. Rusiyada yaşayan Azərbaycan diasporuna qarşı daha sərt və kəskin addımların atılması mümkündür”.

A.Quliyev deyib ki, Rusiyanın Azərbaycana birbaşa hərbi və ya iqtisadi müdaxilə imkanları isə olduqca məhduddur:

“Ölkə daxilində siyasi qüvvələr vasitəsilə sabitliyi pozmaq gücü də yoxdur. Buna görə də Moskvanın kənardan, Azərbaycanın nisbətən həssas nöqtələrinə zərbələr endirməsi ehtimal olunur. Bu baxımdan diaspora ən həssas sahə hesab edilir. Onların kütləvi şəkildə sıxışdırılması, ölkədən çıxarılması və miqrasiya imkanlarının məhdudlaşdırılması gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2025 01:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri