Rusiyadan Azərbaycanla bağlı İLGİNC yenilik Yenidən...
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın Türkiyə, İsrail və digər aparıcı ölkələrlə müdafiə sənayesi sahəsindəki dərin əməkdaşlığı regionda hərbi balans və Bakının silah təchizatı strategiyası ilə bağlı yeni müzakirələrə rəvac verib. Belə ki, Rusiya Azərbaycana “Pantsir-S1” zenit-raket-top komplekslərinin satışı ilə bağlı razılığa gəlməyə ümid etdiyini açıqlayıb. Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev məlumat verib. Onun sözlərinə görə, “Pantsir-S1” xarici sifarişçilər arasında kifayət qədər tələbat olan müasir hava hücumundan müdafiə sistemidir. Şuqayev bildirib ki, Azərbaycan da gələcəkdə bu komplekslərin alınmasında maraqlı ola bilər və tərəflər müəyyən müddətdən sonra tədarük məsələsində yekun razılığa gələ bilərlər.
Hələlik mümkün müqavilənin nə vaxt imzalanacağı, neçə kompleksin alınacağı və sifarişin maliyyə dəyəri açıqlanmayıb. Bu isə o deməkdir ki, söhbət hazırda imzalanmış rəsmi silah alışından deyil, Rusiyanın Azərbaycana ünvanladığı təklif və gözləntidən gedir. Bununla yanaşı, Moskva ilə Bakı arasında hərbi-texniki əməkdaşlığın başqa bir istiqaməti üzrə konkret proqram artıq imzalanıb. Sənəd Azərbaycan Ordusunun silahlanmasında olan zirehli texnikanın təmiri və texniki xidmətinin təşkili üçün yeni obyektlərin tikintisini, mövcud müəssisələrin isə modernləşdirilməsini nəzərdə tutur. Layihədə rusiyalı mütəxəssislərin də iştirakı planlaşdırılır. Bu razılaşma Rusiyanın Azərbaycanla hərbi-texniki əlaqələri yalnız yeni silah satışları çərçivəsində deyil, mövcud hərbi texnikanın istismarı və texniki təminatı sahəsində də davam etdirmək niyyətini aydın göstərir.
Bununla yanaşı, Azərbaycan-Rusiya hərbi əməkdaşlığının əvvəlki mərhələsini də xatırlamaq vacibdir. Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın Rusiyadan silah alışı ilə bağlı müəyyən fasilə yarandığını, çünki Rusiyanın hərbi sənaye kompleksinin əsasən öz ordusunun ehtiyaclarını ödədiyini, lakin Bakının yeni sifarişlər göndərdiyini qeyd etmişdi. Rusiya ilə mümkün “Pantsir-S1” razılaşması da məhz bu kontekstdə böyük maraq doğurur. Belə sistemlərin alınması Azərbaycanın hava hücumundan müdafiə imkanlarının genişləndirilməsi baxımından qiymətləndirilə bilər. Ancaq satınalma barədə yekun qərarın verildiyini söylemək hələ tezdir. Digər tərəfdən, Azərbaycanın Rusiya ilə hərbi-texniki əlaqələri davam etdirməsi Moskva ilə münasibətlərin bütün sahələrdə eyni səviyyədə olmadığını, hərbi əməkdaşlığın ayrıca praqmatik istiqamət kimi qorunduğunu göstərir.
Məsələ ilə bağlı Nocomment.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov qeyd edib ki, Rusiyanın Azərbaycana “Pantsir-S1” komplekslərini təklif etməsi ilk növbədə Bakının son illər hava hücumundan müdafiə və xüsusilə müasir PUA-lara (Pilotsuz Uçuş Aparatlarına) qarşı effektiv mübarizə imkanlarını maksimum səviyyəyə qaldırmaq strategiyası ilə birbaşa bağlıdır: "Günümüzün döyüş meydanlarında alçaq hündürlükdə uçan PUA-ların təhlükəsi kəskin artıb və “Pantsir-S1” məhz bu tip hədəfləri məhv etmək üçün ixtisaslaşmış effektiv komplekslərdən biridir. Azərbaycan Ordusunun arsenalı hazırda Türkiyə və İsrail istehsalı olan ən son texnologiyalarla, müasir radar və raket sistemləri ilə zəngindir. Lakin hərbi strategiyada hava hücumundan müdafiə örtüyünün bir neçə təbəqədən ibarət olması və müxtəlif diapazonlu sistemlərin inteqrasiyası mühüm şərtdir. Rusiyanın bu təklifi Bakı üçün alternativ ola bilər, lakin Azərbaycan tərəfi hər zaman olduğu kimi tələsik qərar verməyəcək. Hərbi rəhbərlik bu sistemlərin real döyüş şəraitindəki səmərəliliyini, texniki imkanlarını, eləcə də maliyyə-logistika parametrlərini ən xırda detalına qədər analiz edəcək və yalnız milli təhlükəsizlik maraqlarımıza tam cavab verdiyi təqdirdə yekun müqavilə imzalanacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 03 Noyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















